Anons

Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

“Nardaran işi”: hökm oxundu – Taleh Bağırzadə 20 il, Fuad Qəhrəmanlı 10 il, … VİDEO

Tarix:26-01-2017, 08:10 Baxış Sayı:231

“Nardaran işi”: hökm oxundu – Taleh Bağırzadə 20 il, Fuad Qəhrəmanlı 10 il, … VİDEO

“Nardaran işi” üzrə Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və daha 16 nəfərin məhkəməsi yanvarın 25-də başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində Əlövsət Abbasovun sədrlik ediyi məhkəmə təqsirləndirilənlər barəsində hökmünü elan edib. Taleh Bağırzadə 20, Fuad Qəhrəmanlı isə 10 il azadlıqdan məhrum edilib.

Məhkəmənin digər təqsirləndirilənlər barəsində hökmü də ağır olub – Abbas Hüseyn 20 il, Cabbar Cabbarov 19 il, Rasim Cəbrayılov 17 il, Zakir Mustafayev, Abbas Tağızadə, Abbas Quliyev, Aqil İsmayılov, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Əsgərov, Əli Nuriyev, Cahad Babakişizadə, Şamil Abduləliyev, Əlibala Vəliyev və Fərhad Balayevin hər biri 14 il 6 ay,  tutularkən yetkinlik yaşına çatmamış Ramin Yarıyev isə 10 il həbs cəzası alıb.

Taleh Bağırzadə, Abbas Hüseyn və Cabbar Cabbarov cəzasının ilk 5-7 ilini qapalı həbsxana rejimində çəkəcək.

“İttiham aktını heç olmasa, sözbəsöz köçürməzdiniz”

Təxminən 100 səhifəlik hökmün elan olunamsı bir neçə saat vaxt aparıb. Saar 11.00-də başlayan proses 17 radəərin qədər çəkib. Arada fasilə də elan olunub. Hökmdə təqsirləndirilən şəxslərin məhkəmədə verdikləri ifadələr – həbs olunub aparılarkən və ondan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qalmaları; işgəncə altında ifadələrə imza atmaları; namaz üstündə olduqları vaxt polislərin atəş aça-aça evə hücum etməsi; onların heç birində silah olmaması; ölənlərin hamısının, o cümlədən iki polisin öz həmkarları tərəfindən qətlə yetirilməsi; Taleh Bağırovdan Milli Şuranın sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimlinin əleyhinə ifadə almağa cəhd göstərilməsi haqda deyilənlər öz əksini tapıb. Amma hakimlər bu ifadələri təqsirləndirilənlərin məsuliyyətdən yayınmaq cəhdi kimi qiymətləndirib. Təqsirləndirilən şəxslərin işgəncə altında imzaladıqlarını dedikləri istintaq ifadələri əsas götürülüb və hökmə daxil edilib.

Məhkəmədə dindirilmiş şahidlərin də istintaqdakı ifadələri əsas götürülüb. Hərçənd, şahidlər məhkəmədə dindiriləndə həmin ifadələrdən imtina etmiş, onları fiziki və psixoloji təzyiq altında imzaladıqlarını bildirmişdilər.

Hökmün belə tərtib olunmasına Fuad Qəhrəmanlı “heç olmasa ittiham aktını sözbəsöz köçürməzdiniz, ayıbdır…”, – deyə etiraz edib.

“Zülm olan istənilən yer zindandır”

Hökmün elan olunması bir neçə saat çəkdiyinə görə iki dəfə fasilə verilib. Ömürlük həbs cəzası gözləyən Taleh Bağırzadə fasilə zamanı məhkəməni izləməyə gələnlərə müraciət edib: “Mənə ömürlük cəza oxunanda məyus olmayın, əksinə, əl çalın. Bu, bizim qələbəmizdi. Zülm olan istənilən yer zindandır. Mən həbsdə daha rahatam, əksinə, sizlərdən narahatam”.

Tale Bağırzadə bir neçə gün əvvəl “Azadlıq” qəzetində onunla bağlı yazı yazmış jurnalist Rövşən Məmmədlinin həbsinə də toxunub. Deyib ki, Azərbaycan hakimiyyəti azad sözün, özgür düşüncənin qarşısına silahla çıxdığı gün uduzub.

“Bunlar bu gedişlə Azərbaycanı Suriyaya çevirmək yolu tutublar” deyən Taleh Bağırzadə bildirib ki, onları dövlət çevrilişinə cəhddə ittiham edən hakimiyyətin özü əslində dövləti dağıtmaqla məşğuldur.

Hakimlər hökmü oxuyub qurtaranda təqsirləndirilən şəxslər əl çalmağa başlayıb, hökmü alqışlarla qarşılayıblar. Onların yaxınları, xüsusən analar isə hakimlərə qarğış ediblər.

Hökmün qanunsuz və əsassız olduğunu deyən vəkil Yalçın İmanov apellyasiya şikayəti veriləcəyini bildirib. Müdafiəçi apellyasiya instansiyasından da ədalətli nəticə gözləmir. Onun sözlərinə görə, bu iş Avropa Məhkəməsinə çıxarılacaq. Ona görə də ölkədaxili məhkəmə instansiyalarını keçməyə məcburdurlar.

Xatırladaq ki, prokuror Taleh Bağırzadəyə ömürlük, 14 il 6 ay cəza alanlara 15 il, Fuad Qəhrəmanlıya 11 il həbs verilməsini təklif etmişdi.

Əvvəlki proseslərdə olduğu kimi, bu dəfə də təqsirləndirilənlərin yaxınları və tərəfdarları, o cümlədən AXCP-nin, sədr Əli Kərimli başda olmaqla, xeyli fəalı məhkəmədə iştirak edib, binanın önündə nəticəni gözləyiblər. AXCP sədri məhkəmədən əvvəl, fasilə zamanı və sonda medianın suallarını cavablandırıb.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL