Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Saakaşvilinin azərbaycanlı silahdaşı onu niyə tək qoymadı... – eksklüziv

Tarix:26-01-2017, 10:26 Baxış Sayı:217

Saakaşvilinin azərbaycanlı silahdaşı onu niyə tək qoymadı... – eksklüziv

Azər Süleymanov: “Əqidə dostuyuq, onu yarı yolda qoya bilməzdim”; “Xalqın “Gürcü arzusu”na dözmək limiti sürətlə tükənir”
Yanvarın 20-də Gürcüstanın ana müxalifət partiyası Vahid Milli Hərəkat Partiyasının növbəti qurultayı keçirilib. Qurultayda 2016-cı il 6 oktyabr seçkisində partiyadan millət vəkili seçilən 21 nəfər partiya sıralarından istefasını elan edib. Bununla da əsas müxalifət partiyasının millət məclisində cəmi 6 üzvü qalıb. Onlardan biri olan Azər Süleymanov “Yeni Müsavat”a müsahibəsində Vahid Milli Hərəkat Partiyasının yeni hədəflərindən danışıb.
- Azər bəy, 27 mandat qazanan partiyanın gələn parlament seçkisində iqtidar ola biləcəyi ehtimalları səslənərkən, hansı səbəbdən belə ciddi parçalanma baş verdi?
- Gürcüstanın siyasi həyatı fərqlidir. Burada parçalanmalar, yeni birliklərin yaranması seçki prosesi ərəfəsində də, seçkidən sonra da baş verir. Vahid Milli Birlik Hərəkatından ayrılanlar 15 il bərabər yol gəldiyimiz dostlarımızdır. Görünür, bu addımı hansısa maraqlara görə atıblar. Bununla belə, onların seçiminə hörmətlə yanaşıram. Keçmiş partiya yoldaşlarımız Gürcüstanın gələcəyi üçün çalışmağın başqa yolunu seçdilər. Yolları açıq olsun – başqa nə deyə bilərik?
 
- 27 millət vəkilindən 21-nin partiyanı tərk etməsi xırda məsələ deyil. Bəz, siz hansı səbəbdən partiyada qaldız?
- Bilirsiniz ki, bizim partiyanın qurucusu eks-prezident Mixeil Saakaşvilidir. Bu gün o, Ukrayna siyasətində olsa da Gürcüstan üçün çalışmalarını da durdurmayıb. Əqidə dostuyuq, onu yarı yolda qoya bilməzdim. Biz türklər əsrlərdir bu gün də yaşadığınız torpaqların sahibi olsaq da, yalnız Mixeil  Saakaşvilinin prezidentliyi dönəmində ölkənin bərabərhüquqlu vətəndaşı olduğumuzu hiss etdik. Biz Gürcüstan dövlətini sevirik – bura bizim Vətənimizdir. Gürcüstan Respublikasının müstəqilliyinin bərpasından sonra çox çətin günlər yaşadıq. Həm Qamsaxurdiyanın, həm də Şevardnadzenin hakimiyyəti dönəmində böyük köç başlamışdı, kriminal durum ağırlaşdığı üçün insanların rahat həyatı pozulmuşdu, aşırı millətçilik meylləri bizi çətin duruma salmışdı. Türklərə aşağılayıcı tonda “tatar” deyilirdi. Saakaşvili bütün bunları aradan qaldırdı. Öz seçki kampaniyasına Borçalıdan başlamaqla Gürcüstanda yaşayan türklərə ciddi mesaj verdi və ən əsası hakimiyyəti illərində verdiyi vədləri yerinə yetirdi. Bütün bunları gözə alaraq mən onun lideri olduğu partiyadan getmədim.
- Qurultaydan az öncə siz və partiyanın daha bir neçə üzvü Kiyevdə Saakaşvili ilə görüşmüşdünüz. Artıq onda belə bir parçalanma baş verəcəyindən xəbərdar idinizmi?
- Xeyir, o zaman bu haqda hələ açıq danışılmamışdı. Biz komanda olaraq seçkidən uğurla çıxmışdıq. “Gürcü arzusu”nun son dərəcə ciddi basqısına, seçki saxtalaşdırmasına yol  verməsinə baxmayaraq, 27 mandat qazanmışdıq. Yanvarın 20-də keçirilən qurultayda yaxın hədəfləri müəyyən etməyi düşünürdük. Ancaq mənzərə bir qədər fərqli oldu. Düşünürəm, hər şey yaxşılığa doğrudur. Mixeil Saakaşvili də bu haqda danışarkən partiyaya yeni nəfəs gələcəyini deyib. Bir məsələni də vurğulayım ki, Vahid Milli Hərəkat Partiyasından ayrılanlara xalqın təpkisi də böyük oldu. Vətəndaşlar açıq aşkar dedilər ki, biz səsimizi konkret şəxslərə yox, Saakaşvili komandasına vermişik. İnanıram ki, deputatlar sıralarımızı tərk etsə də, elektoratımız yerindədir və biz Gürcüstan hakimiyyətinin əsas rəqibi olaraq qalacağıq.
 
- Azər bəy, deputatların partiya sıralarından çəkilməsi cənab Saakaşvilinin Ukraynadakı planları ilə bağlı ola bilərmi?
- Ola bilər, onun yaxın hədəfləri Ukrayna ilə bağlı olsun, ancaq Gürcüstan onun Vətənidir. İki dönəm uğurla prezidentlik etdiyi ölkədə onun haqları kobud şəkildə pozulur – onun ölkəyə girişi yasaqdır. Saakaşvili güclü siyasətçidir və inanmıram ki, o, vətənində komandasının yenidən hakimiyyətə gəlmək çalışmalarını ikinci plana atsın.
 
- Bizim də müşahidələrimiz göstərir ki, Gürcüstanda ciddi bahalaşma var. “Gürcü arzusu” yeni hakimiyyət dönəminə ağır iqtisadi şərtlər altında başlayıb. Ölkədəki ümumi iqtisadi durumu necə dəyərləndirirsiniz?
- Çox ağır. Lari getdikcə ucuzlaşır və hökumətin prosesi dayandırmaq imkanları yoxdur. Təbii, hər bir vətəndaş bu sosial gərginliyi öz həyatında hiss edir. İndi ölkədə bir neçə banka borcu olmayan vətəndaş tapmaq mümkün deyil. İqtisadi problemlər insanların psixologiyasında da ciddi problemlərə yol açır. Fikir vermisiniz yəqin, Gürcüstanda insanların üzündə çox gərgin, bədbin bir ifadə var. Optimizm üçün səbəb tapmaq çətinləşib. Marneulidə seçicilərlə görüşəndə də, paytaxt Tiflisdə də eyni gərginlik duyulur – insanlar iqtisadi sıxıntı içərisindədir. “Gürcü Arzusu” birinci dönəm də vədlərini yerinə yetirmədi, ikinci dönəmdə də heç bir ciddi addım ata bilməmələrindən vədlərni yerinə yetirə bilməyəcəkləri aydındır. Hökumət islahatlar həyata keçirməkdənsə, dünya valyuta bazarında nəhəng borclar axtarmaqla məşğuldur. Əgər arxasında islahat dayanacaqsa, sözsüz, yalnız bəlli bir dönəm üçün borclanmanın faydaları ola bilər. Ancaq “Gürcü arzusu” ilk dönəmdə heç bir çevik iqtisadi siyasət yürüdə bilməyəcəyini sübut edib. Bu isə o deməkdir ki, bu gün hökuməti aldığı nəhəng məbləğləri faizləri ilə bərabər yenə xalq ödəməli olacaq. İvanişvilinin komandası ölkədə iqtisadi dirçəliş yarada, sosial islahatlar həyata keçirə bilmədiyinə görə sürətlə nüfuzdan düşür və ömrünü uzatmaq üçün siyasi avantüra ilə məşğul olur. Düşünürəm ki, xalqın bu iqtidara dözmək limiti sürətlə tükənəcək və hakimiyyətə Gürcüstanın strateji hədəflərini düzgün müəyyən edən, ölkəni dirçəltməyi bacaraq layiqli komanda gələcək.
скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL