Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
AXCP sədri Əli Kərimli facebook səhifəsində nəşi düşmən əlində olan şəhid Çingiz Qurbanovdan yazıb. Həmin yazını təqdim edirik:
“30 gün oldu. Şəhid əsgərimiz Çingiz Qurbanovun nəşi hələ də erməni əsirliyindədir. Hakimiyyət qətiyyən narahat deyil. Şəhidimizin ailəsi və doğmaları isə bu dünyada cəhənnəm əzabı çəkir. Sizcə şəhid cənazəsinin hələ də düşmən əlində qalmasının əsas səbəbi hökumətin bacarıqsızlılığıdır, yoxsa insan taleyinə biganəliyi? Məncə, şəhidimizin bir az da bəxti gətirməyib. Əgər seçki kampaniyası dövründə şəhid olsaydı, iqtidar əlindən gələni edərdi ki, onun nəşini geri alsın. İndi isə nələrinə lazım? Öz ürəkləri yanmır, xalq da ciddi tələb etmir…
Əziz həmvətənlər, şəhidimizin nəşinin bu qədər uzun müddətdə düşmən əsirliyində qalmasına görə əlbəttə ki, hakimiyyət məsuliyyət daşıyır. Ancaq etiraf etmək lazımdır ki, millət olaraq hamımızın bu uğursuzluqda payı var. Daha ciddi etirazlar həyata keçirə bilmirik, mitinq etmirik, küçələrə çıxmırıq, bunu haradasa başa düşdüm. Bəs sosial şəbəkələrdə niyə şəhidimizə hamılıqla sahib çıxmırıq? Niyə 10 minlərlə insan Çingizin şəklini profil şəkli etmir, hər gün bu mövzuda yazmır, hakimiyyətin fəaliyyətsizliyinə etiraz etmir? Bu biganəliyin ciddi bir səbəbi varmı?”