Anons

Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Qarlı-şaxtalı havada möhtəşəm Rəsulzadə ziyarəti FOTO VİDEO

Tarix:1-02-2017, 09:13 Baxış Sayı:195

Qarlı-şaxtalı havada möhtəşəm Rəsulzadə ziyarəti FOTO VİDEO

Milli Şura yanvarın 31-də Azərbaycan Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin doğum günü ilə əlaqədar anım mərasimi keçirib. Tədbir hər il olduğu kimi, Novxanıda, Rəsulzadənin abidəsi önündə keçirilib. Saat 13.00-da yürüşlə başlayan tədbir abidənin yerləşdiyi parkda mitinqlə başa çatıb.

Mitinqdə AXCP sədri Əli Kərimli çıxış edib. Ə.Kərimli soyuq havaya rəğmən yüzlərlə insanın anım tədbirinə qatılmasını məmnunluqla vurğulayıb və bunu qəlblərdəki Rəsulzadə sevgisi ilə izah edib.

“Biz millət olaraq çox şanslıyıq ki, Məhəmməd Əmin Rəsulzadə kimi tarixi şəxsiyyətimiz var. Ölkəsi uğrunda mübarizədə əzizlərini, hər şeyini itirib. Ancaq yolundan dönməyib. Bu gün Azərbaycanda milyonların sevgisinin tək ünvanı da məhz odur…

Onu sadəcə bir dövlət xadimi deyil, dövlətimizin qurucusu, gerçək milli liderimiz, böyük tarixi şəxsiyyət, siyasətçi, ideoloq, yazar, mütəfəkkir, tarixçi kimi qiymətləndirə bilərik. Ancaq ən əsası milyonların qəlbindəki sevgi onun bu dövlətin qurucusu olması ilə bağlıdır”, – deyə AXCP sədri qeyd edib.

Ə.Kərimli bildirib ki, M.Ə.Rəsulzadə yalnız ona görə Azərbaycan dövlətinin qurucusu kimi tanınmır ki, onun sədrliyi ilə Milli Şura istiqlal bəyannaməsini elan edib. Həm də ona görə tanınır ki, Azərbaycan məfhumunu siyasətə gətirmək, bir dövlətin adı kimi təqdim eləmək, onun muxtariyyəti, sonra da müstəqilliyi uğrunda mübarizənin önündə getmək məhz bu tarixi şəxsiyyətin işi olub. “İnsanlara hürriyyət, millətlərə azadlıq” ifadəsi ilə o, 100 il bundan sonranın da perspektivlərini görə bilmişdi”, – deyə AXCP lideri vurğulayıb.

Ə.Kərimli bildirib ki, Azərbaycan millətinin gerçək lideri məhz M.Ə.Rəsulzadədir.

“O, təkcə böyük dövlət xadimi deyil, həm də mənəvi bir zirvədir. 20 əsrin sonunda başlayan xalq hərəkatından 28 il ötüb. Bizimlə eyni yolda yürüyənlərin sayı azalıb. Yıxılanı olub, tükənəni olub. Ancaq Rəsulzadə bu yola 17 yaşında başlamışdı, yorulmadı, tam 54 il Azərbaycan davasını davam etdirdi. Bununla da həm də bizim üçün əqidəyə sədaqət nümunəsi yaratdı”, deyən Ə.Kərimli M.Ə.Rəsulzadənin azərbaycanlılardan ötrü həm də fədakarlıq nümunəsi olduğunu qeyd edib.

“Burda övladı həbsdə olanlar, işdən çıxarılanlar, öz baxışlarına görə, hökumətin olmazın məhrumiyyətlərinə məruz qalan insanlar var. Bizi bir araya gətirən də elə M.Ə.Rəsulzadənin yaratdığı nümunələrdir”.

Ə.Kərimli çıxışının sonunda M.Ə.Rəsulzadənin əsasını qurduğu Azərbaycanın firavan bir ölkəyə çevriləcəyinə əminliyini ifadə edib.

Tədbirdən video və fotoları təqdim edirik.

 

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL