Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
Gənc fəal Fuad Əhmədli növbəti dəfə cərimə kamerasına (karser) salınıb.
Vəkil Əsabəli Mustafayev facebook səhifəsində yazıb ki, fevralın 6-da Fuad Əhmədli ilə bağlı yeni problem yarandığı üçün Kürdəxanı istintaq təcridxanasında onunla görüşüb.
“Məlum oldu ki, şənbə günü onu yenə karserə salıblar. Bəhanə ümumi istifadə üçün olan qidanı qızdırarkən kameraya tüstü yayılması olub. Məsələ ondadır ki, bütün kameralara qida qızdırmaq üçün qızdırıcı (elektrik plitkası) verilib, istisna yalnız Fuad Əhmədlinin qaldığı kameradır (plitkanın verilmə şərtlərini bu istintaq təcridaxanasında olanlar bilir). Bu səbəbdən kamerada olanlar qidanı müxtəlif üsullar ilə qızdırmalı olurlar. Bu dəfə tüstü bir qədər çox olub. Qidanın ümumi olmasına və kamerada saxlanılanların hamısının onun qızdırılmasında iştirakına baxmayaraq təqsirkar Fuad Əhmədli bilinib. Şənbə günü səhər karserə salanda ona elan etmişdirlər ki, cəza müddəti 3 gündür. Belə olduqda müddət sabah fevralın 7-də səhər bitməli idi. Lakin nədənsə onu karserdən birisi gün axşam buraxmaq istəyirlər”, vəkil qüeyd edir.
Son zamanlar Fuad Əhmədli artıq ikinci dəfədir cərimə kamerasına salınır.
“Karserdə saxlanılması həm də onun səhhətindəki problemləri gücləndirir. Çünki karserə köçrülərkən yalnız əynindəki nazik paltarda olub. Karserdə verilən qida onun səhhətinə ziyandır. Qanunsuz həbsdə saxlanılması kifayət etmir, belə cəzalarla onun vəziyyəti bir az da ağırlaşdırılır”, Mustafayev bildirir.
AXCP fəalı Fuad Əhmədli 2016-cı ilin avqustunda Dövlət Təhlükəsizlik Xidmətininəməkdaşları tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.
Rəsmi məlumatda F.Əhmədli 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülən şəbəkəsilə əlaqəli şəxs kimi təqdim edilir. Müdafiə tərəfi ittihamı qəbul etmir.