Anons

Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Lapşinlə bağlı “söz azadlığı” iddialarına sərt cavab

Tarix:8-02-2017, 15:00 Baxış Sayı:237

Lapşinlə bağlı “söz azadlığı” iddialarına sərt cavab

Lapşinin ölkəyə gətirilməsi doğru qərardır, heç kim işğal altındakı Azərbaycan torpaqlarına Bakının məlumatı, rəsmi icazəsi olmadan gedə bilməz.
Bu sözləri tanınmış ekspert Natiq Cəfərli bildirib. Ekspert hadisəyə “söz azadlığı” müstəvisində yanaşmağa cəhd göstərənləri tənqid edib:
“İndi məhkəməni də tam açıq, şəffaf keçirməklə bütün dünyaya mövqeyimizi normal dildə çatdırmaq lazımdır. Məhkəmədən də, Lapşinin gətirilməsindən də şou düzəltmək olmaz, bu addımdan dünyaya hüquqi və sərt mesaj vermək üçün istifadə edilməlidir. Məsələyə “söz azadlığı” kontekstində baxmaq doğru deyil, bəzi insanlar belə bir səhv yolda düşünürlər”.
Qeyd edək ki, Rusiya, İsrail və Ukrayna vətəndaşlığı olan blogger Aleksandr Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib. Üstəlik, Azərbaycan XİN-in qara siyahısında olmasına rəğmən, Ukrayna pasportu ilə Azərbaycana da səfər etməyi bacarıb. Buna səbəb isə Ukrayna pasportunda adının “Aleksandr” deyil, “Oleksandr” yazılması olub.
Azərbaycan Baş Prokurorluğu A.Lapşin haqqında Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırıb və o, beynəlxalq axtarışa verilib. A. Lapşin Belarusda saxlanılıb. Belarus baş prokurorunun müavini Azərbaycan tərəfinin ekstradisiya tələbini haqlı sayıb. A.Lapşinin vəkili bu qərardan Minsk şəhər Məhkəməsinə şikayət edib. Lakin Minsk Məhkəməsi Baş Prokurorluğun qərarını əsaslı sayıb.
Belarus Ali Məhkəməsinə verilən apelyasiya şikayətinə də ötən gün baxılıb. Məhkəmənin qərarı ilə A.Lapşinin iddiası rədd edilib. Belarus Avropa İnsan Hüquqları Məhkəməsinin üzvü olmadığına görə Ali Məhkəmə şikayət üçün son instansiya idi.
Aleksandr Lapşinlə bağlı uzun müddətdir davam edən məhkəmə qərarlarına Rusiya da başda olmaqla, bir sıra beynəlxalq qurumlar münasibət bildirmişdi və bu məsələni hüquq müstəvisindən çıxarmağa çalışırdılar. Rusiya XİN “Rusiya vətəndaşı olan Lapşinin Azərbaycana ekstradisiyasının düzgün olmadığı” barədə mövqeyini də ortaya qoymuşdu.
Ancaq Belarus Prezidenti Aleksandr Lukaşenko bir neçə gün öncə verdiyi məşhur bəyanatda “Lapşini Azərbaycana verməmək üçün heç bir bəhanə olmadığını” ən yüksək səviyyədə elan etmişdi.
Ötən gün gecə saatlarında A.Lapşinin Azərbaycana ekstradisiyası baş tutub. Lapşin hazırda Kürdəxanıdakı 1 saylı İstintaq Təcridxanasındadır.
скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL