Anons

10-02-2024, 15:59- Putinin Karlsona müsahibəsi propaqanda platforması kimi tənqid olunur

10-02-2024, 14:22- Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibinin Azərbaycanda prezident seçkilərinə dair bəyanatı

2-02-2024, 09:58- ATƏT DTİHB: ‘…Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib’

30-01-2024, 17:57- Azərbaycana avtomobil gətirənlərin xərci 2 dəfə artıb

30-01-2024, 13:39- Məhkəmə fəalın apellyasiya şikayətini təmin edib

25-01-2024, 17:01- AŞPA-nın qərarının təsiri: Azərbaycan müxalifəti nəticələr haqqında düşünür

25-01-2024, 12:54- AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında liderdir

22-01-2024, 16:11- Rusiya Qərbi Rusiyanın aktivlərinin dondurulmasına cavab olaraq 288 milyard dollar itki ilə hədələyir

22-01-2024, 14:30- Hafiz Babalı onu gözdən salan KİV-i məhkəməyə verəcək

22-01-2024, 13:59- Başqırdıstan etirazlarına görə dörd nəfərə ittiham verilib

19-01-2024, 12:34- Vəkil: Nərgiz Absalamovanın ailə üzvləri ilə təmaslarına məhdudiyyət qoyulmasının əsası yoxdur

19-01-2024, 10:58- Fəalları Başqırdıstanı Rusiyadan ayırmaq çağırışlarında ittiham edirlər

17-01-2024, 16:00- Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri jurnalistlərə qarşı rəftardan dəhşətə gəldiyini bildirib

17-01-2024, 14:07- Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’

17-01-2024, 13:56- Ötən ilin yekun iqtisadi göstəriciləri açıqlanıb

16-01-2024, 16:25- ‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur

16-01-2024, 11:54- Tramp Ayovada praymeriz seçkilərini udur

16-01-2024, 11:53- Jurnalist Şahin Rzayev həbs edilib

12-01-2024, 14:52- ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur

12-01-2024, 10:31- Britaniyanın baş naziri Kiyevdədir

Haqqımızda Əlaqə

Leyla Ramazanlı : “Atam olsaydı, mənəvi əzablar çəkməzdim”

Tarix:9-02-2017, 15:09 Baxış Sayı:165

Leyla Ramazanlı : “Atam olsaydı, mənəvi əzablar çəkməzdim”

- Həm müğənni, həm Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayının direktoru kimi fəaliyyət göstərirsiniz. İki işi birdən görmək sizə çətinlik yaşatmır? 
- Əlbəttə, çətin deyil, hər iki işimə vaxt ayıra bilirəm. İki ildir ki, mədəniyyət evinin direktoru vəzifəsində çalışıram.  Düşünürəm ki, məsuliyyətli olduğum üçün məni bu vəzifəyə təyin ediblər. Mədəniyyət evində işlər yaxşıdır, konsertlər təşkil edirik.  Yaradıcılıq işlərimi də davam etdirirəm. Ötən ay yeni mahnım da işıq üzü gördü. “Çox özəl” adlı mahnının  musiqisi Pərviz Mahmudova sözləri Leyliyə, aranjemanı isə Hakan Erola məxsusdur. Dinləyicilərin bəyəndiyi bir ifa oldu, mənə sosial şəbəkələrdə mahnı ilə bağlı xoş sözlər yazırlar. Bu məni sevindirir, bir müğənninin istəyi mahnısının, yeni işinin bəyənilməsi və sevilməsidir. Sevilən mahnıya klip çəkdirmək lazımdır. Amma mən bu aralar klip çəkdirməyə tərəddüd edirəm. Çünki klip telekanalımız yoxdur, telekanallar  da klipə az yer verir. Ekran işini ancaq sosial şəbəkədə nümayiş etdirə bilirik. Ona görə də hələ ki, gözləyirəm. 
- Müğənni klip çəkdirməyib, konsert verməyəndə də deyirlər ki, tənbəlləşib və ya da durğunluq dövrünü yaşayır... 
-  Müğənninin işi mahnı oxumaq, klip çəkdirmək və konsertlər verməkdir. Azərbaycanda müğənnilər tez-tez konsert verə bilmir, buna maliyyə problemləri mane olur. Alboma tələbat demək olar ki, yoxdur. Hər kəs mahnının internetdən yükləyir. Mən sənətə gələn gündən klip çəkdirməyə meylli olmuşam. Mahnılarıma bacım Xavər ekran həyatı verib. Müğənnilərin durğunluq dövrünü yaşamasına səbəb maddi ehtiyaclar və tələbatın olmamasıdır. 
 
- Azərbaycanda sponsor sözünün hansı mənaya gəldiyini bilirik. Ona görə də, bir qisim müğənni sponsor təkliflərinə açıq deyil. Bir qisimə isə imkanlı sevgiləri dəstək olur. Sizin maliyyə dəstəkçiniz kimdir? 
- Mən həmişə demişəm ki, maliyyə baxımdan dayım mənə dəstək olur. Dayım çox yaxşı insandır, həm də gözəl şeirləri var. Uşaq olanda hər zaman onun şeirlərini oxuyardım. Bilirsiniz ki, atam şəhid olanda mən çox kiçik idim. Dayım atama mahnı da həsr edib. O zaman mənim 12 yaşım vardı, o bəstəni bacımla evdə oxuyurduq, adı “Səni hər an axtardım anamın gözlərində”  idi. O mahnını yenidən aranjeman etdirib oxuyacağam. Çünki repertuarımda ata haqda mahnı yoxdur. 
Kliplərimi isə bacım çəkir. Ona görə də maliyyə dərdi çəkmirəm. Özüm də ehtiyaclarımı ödəyəcək qədər qazanıram. Bizdə sponsorun adı pis çıxıb, müğənnilər sponsor olmaq istəyən şəxslərdən çəkinir. Bizdə bəzi müğənnilər şəxsi həyatını sponsorlarla gündəmə gətirdiyi üçün bu  məsələ aktuallaşıb. Xaricdə isə prodakşınlar var, onlar müğənniyə dəstək olurlar, həm özləri, həm sənətçilər qazanır. İstəyirəm ki, bizdə də xaricdəki kimi olsun. Müğənninin sənətini  inkişaf etdirməyi üçün işinin peşəkarı olan dəstəkçilər lazımdır.
 
- Son zamanlar sənət adamları telekanallarda onlara qoyulan “zapret”dən və müəyyən məbləğ ödəniş tələb edilməsindən şikayətçidir. Siz də efirə gec-gec çıxan müğənnilərdənsiniz. Siz də həmkarlarınızla eyni problemi yaşayırsınız, yoxsa..?
 - Şükür Allaha ki, belə bir problemim yoxdur. Telekanallarımız tərəfindən daim xoş münasibət görmüşəm. 15 ildən yuxarıdır ki, sənətdəyəm. Özüm çox seçiciyəm, hər proqrama çıxmaq istəmirəm. Mahnım, yeni işim olmayanda  efirə çıxmıram. Bu xarakterimdən asılıdır. 
 
- 7 yaşınızdan səhnədəsiniz. Hazırda istədiyiniz pillədəsiniz? 
- Sənətə  “Cücələrim” ansamblı ilə başladım, “Cücələrim” mahnısını ifa etdim. Məndən öncə də xalq artistlərimiz o mahnının ifa etmişdilər, mən də yeni aranjemanda ifa etdim və 6 milyon baxış oldu. İlk mahnımı Eldar Mansurov 7 yaşımda yazıb. O vaxt AZTV-də “Pəncərə” verilişinin aparıcısı idim. Bir çox mətnləri mən səsləndirirdim. Heydər Əliyev Sarayında mərhum prezident Heydər Əliyevin qarşısında çıxışlar etmişəm. Hazırda olduğum pillə məni qane edir. 
- Çox işlər görsəniz də , daim gündəmdə olan, qalmaqal edən müğənnilərdən deyilsiniz... 
- Sənət adamlarının hamısı ilə münasibətim yaxşıdır, qalmaqaldan uzaq dururam. Mənə də söz atanlar olub, özüm məsələni böyütməmişəm. Təbiətcədə sakitəm. Sənətə gəldiyim gündəm ancaq yaradıcılıqla məşğul olmuşam. Xarici  şou-biznesə baxanda da görürük ki, müğənni daim gündəmdə olmalıdır. Onlar istər geyimi, istər açıqlamaları, istərsə də,  atdıqları addımlarla diqqəti üzərinə çəkir. Bunlar olmalıdır. Amma mənim seçdiyim yol fərqlidir. Mahnım varsa, təqdim edəcəyəm, yoxdursa, kənarda duracağam. Qazandığım hörmətə və sevgi məni xoşbəxt edir. Qalmaqal, problem isə insanı xalqdan uzaqlaşdırır.
- Üzərinizdə “şəhid qızı” adı var. Bəlkə də, bu sizi çərçivəyə salır...
- Xarakterimin sakit olmasından əlavə atamına şəhid adına layiq olmağa çalışıram. Ailədən  aldığım tərbiyə məni qalmaqaldan uzaq tutur.  Anam bizə tərbiyəli olmağı öyrədib. Düzdür. Atam şəhid olub, bununla qürur duyuram. Atamın və nənəmin yoxluğu həyatımda ən böyük itkidir. İkinci dəfə dünyaya gəlsəydim, atamın yanımda olmasını istəyərdim. O həyatımdan  olsaydı, hər şey fərqli olardı. Mənəvi olaraq çəkdiyim əzablar olmazdı. İstəyərdim ki, atam mənim də, bacımın da toyunu görsün. Amma tale belə yazılıb, Allahın qisməti ilə razılaşıram.  Çalışıram ki, atama, ailəmə layiqli övlad olum. 
- Tamaşaçılar sizi həm də aparıcı olaraq tanıyıb. Yenidən aparıcılıq etmək planınız var? 
- İstəyərəm. Hazırda bir çox xəstəxanalar, firmalar proqramlara sponsorluq edir. Ötən il kanallarımızdan biri mənə veriliş təqdim etdi. Hər gün canlı efirə çıxmalı idim. Ona görə qəbul etmədim. Sonra bəzi nüanslar da alınmadı. Gözəl, mədəniyyət verilişi olsa, təqdim edərəm. Hazırda insanlara şou-biznes, mədəniyyət, hansısa ailənin problemi maraqlıdır.  
- Bir çox sənət adamı bizneslə məşğuldur. Leylanın biznesi var? 
- Özümün qurduğu biznesim yoxdur. Atamdan qalan ailəvi biznesimiz var. Onunla məşğul oluruq. 
- Bir az da şəxsi həyatdan danışaq. Nə zaman ailə quracaqsınız?
- Son vaxtlar bu sualı mənə tez-tez verirlər.  Hələ ki, həyatımda kimsə yoxdur. Hələ yaşım çox deyil, könül yarımı tapanda ərə gedəcəyəm. Mən ailə qurmaq xətrinə ailə qurmaq istəmirəm. Tam xoşbəxt olmaq istəyirəm. İstəyirəm ki, həyat yoldaşım məni başa düşsün, sevsin, hörmət etsin. İstəyirəm ki, təmiz, sakit ailəm olsun.  Huzurlu evdə yaşamaq istəyirəm. İşimiz o qədər qaçaqaçlı, əziyyətlidir ki, heç olmasa , evdə ailəmdə rahatlıq tapmaq istəyirəm.  
- Sənətinizin çətinliklərindən bəhs etdiniz. Düşünürəm ki,  bu çətinlikləri görən biri olaraq sənətçi ilə ailə qurmarsıznız...
- Mənimlə evlənmək istəyən sənətçilər çox olub. Hamısı gözəl müğənnilərdir. Həmin insanı sevməmişəm, ona görə razılaşmamışam. Mən müğənniyə də, həkim də,  ərə gedərəm. Əsas yaxşı insan olsun. Sənətinin fərqi yoxdur. 
- Müğənnilərin çoxu deyir ki, ailə qurduğu şəxs istəsə, sənəti atar. Amma siz müsahibənizdə demişiniz ki, mən sənətdən getmək istəmirəm. Hələ də fikrinizdə qalırsınız?
- Ailə qurmaq, övlad dünyaya gətirmək hər qızın arzusudur. Istəyirəm ki, qarşıma mənə uyğun biri çıxsın və gələcəyimi qurum.  Deyə bilmərəm ki, mən mükəmməl insanam.  Mənim də müsbət və mənfi tərəflərim var. Bəzən kaprizli oluram, o zaman gülərüz Leyladan əsər-əlamət qalmır. Sənəti atmaq haqda heç düşünməmişəm. Çünki ailəli o qədər gözəl sənətçi xanımlarımız var ki... Müğənninin sənətdən uzaqlaşdırmaq haqsızlıqdır. Hamıya məlumdur ki, qadın sənətçi olmağın yaratdığı problemlər, mənəvi zərbələr var. 
Biz bunlardan keçib istədiyimiz pilləyə çatmışıq. Həm də mən daim işi ilə məşğul olan biriyəm, məni niyə sənətdən uzaqlaşdırsınlar? Bəzən tamaşaçılar uşaqlıq videolarımı mənə göndərirlər. Mən xalqın gözünün qarşısında böyümüşəm. Ona görə də ailə quracağım şəxsin məni sənətdən uzaqlaşdıracağını düşünmürəm. 
Könül İbrahim






скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL