Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
AXCP Şəki şöbəsinin qərargahı boşaldılıb.
Bu barədə AXCP sədrinin müavini Gözəl Bayramlı məlumat yayıb: «Bildiyiniz kimi, şöbənin sədri İslam Həsənova 25, Gənclər Komitəsinin sədri Samir Həsənova 20 sutka həbs cəzası verilib. Polis əməliyyatının növbəti mərhələsi bu gün də davam edib. Ali Məclis üzvü Əli Abdullayev polisə çağrılıb . Şöbədə Əli Abdullayevdən guya AXCP Şəki şöbəsinin qərargahı yerləşən binanı özəlləşdirən şəxsin şikayəti əsasında izahat alınıb. Həmin şəxs şikayət ərizəsində yazıb ki, guya şöbə rəhbərliyinə xəbərdarlıq etməyinə baxmayaraq, onlar binanı boşaltmaqdan imtina ediblər. Əslində isə belə bir şey olmayıb, hər şeyi Şəki polisi təşkil edib».
Eyni binada Müsavat Partiyasının da yerli təşkilatı fəaliyyət göstərirdi.
***
AXCP sədri Əli Kərimli Şəki şöbəsinin qərargahının əlindən alınmasına münasibət bildirib. Hakimiyyətin bu addımını cılızlıq kimi qiymətləndirən partiya sədri bildirib ki, belə hərəkətlər AXCP-nin fəaliyyətinə əngəl ola bilməz. Əli Kərimli feysbuk səhifəsində yazıb:
11 il ərzində hakimiyyət hələ də dərk etməyib ki, AXCP-nin gücü daşda-divarda, ofisdə deyil. 11 ildir ki, AXCP qərargahı olmadan fəaliyyət göstərir. Bu 11 ildə 2 dəfə qərargah əldə etməyə çalışmışıq. Birincinin qapısını qaynaq ediblər (hələ də qaynaqlıdır), ikincini isə partlatdılar. Qərargahın olmaması bizim mübarizəmizin qarşısını ala bildimi? Ala bildisə, niyə AXCP-dən, Milli Şuradan bu qədər qorxursunuz? Partiyanın hazırda 11 nəfər siyasi məhbusu var. Yalnız ötən il 30 nəfər (bu ilin əvvəlindən isə daha 3 nəfər) funksionerimiz 20-30 sutka müddətinə inzibati qaydada həbs olunub, 253 nəfər partiya fəalı polis idarələrində saxlanılaraq, hədələnib. Və bu qədər təzyiq altında olan partiyanın sıralarına minlərlə yeni üzv qoşulub. Son illərin ən böyük mitinqlərini də Milli Şuradakı dostlarımızla, xalqımızın dəstəyilə birlikdə biz etmişik. Şəki şöbəsinin istifadə etdiyi kiçik otağı əlimizdən almaqlamı, şöbənin sədri İslam Həsənovu və rayon Gənclər Komitəsinin sədri Samir Həsənovu həbs etməkləmi indi AXCP-nin fəaliyyətini sarsıtmağı düşünürsünüz? Sizi əmin edirəm ki, Şəki təşkilatımıza qarşı aparılan bu polis əməliyyatından sonra da partiyamıza böyük bir axın olacaq. Çünki xalqımız yaxşı bilir ki, onun talan edilməsinə, əzilməsinə etiraz etdiyimiz, ədalət və azadlıq uğrunda mübarizə apardığımız üçün bütün bu məhrumiyyətlərə məruz qalırıq. Xalqımız isə ədalətlidir. Haqqı nahaqqın ayağına verməz!