Anons

Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Panamada Əliyevlərə ofşor şirkət quranlar həbs olundu

Tarix:13-02-2017, 14:37 Baxış Sayı:234

Panamada Əliyevlərə ofşor şirkət quranlar həbs olundu

Panama prokurorları bu ölkədə məşhur hüquq firması Mossack Fonseca-nın iki yaradıcısını həbs edib.

Bu firma 72 hazırkı və ya keçmiş dövlət başçısı da daxil, dünya üzrə minlərlə rüşvətxor məmur və siyasətçi üçün ofşor şirkətləri yaratdığına görə qlobal qalmaqala səbəb olmuşdu.

Mossack Fonseca firmasından sızdırılmış milyonlarla email-in arasından Rusiya, Qazaxıstan və Azərbaycan liderlərinin ailələrinə və yaxın çevrələrinə daxil adamların adları faş olunub.

Ramon Fonseca - Mossack Fonseca firmasını yaradanlardan biri

Ramon Fonseca – Mossack Fonseca firmasını yaradanlardan biri

​Lakin Mossack Fonseca partnyorlarının həbsinə səbəb Braziliyanın Odebrecht tikinti şirkətinin müxtəlif ölkələrin rəhbərlərinə və yüksək vəzifəli məmurlarına milyonlarla dollar rüşvət verməsi üçün ofşor hesabların yaradıldığının üzə çıxması olub.

Əslində sözü gedən tikinti şirkəti məsuliyyətinin yüngülləşdirilməsi şərti ilə bütün rüşvət verdiyi subyektlərin adlarını ABŞ Ədliyyə Nazirliyinə təqdim edib.

Heç kəs unudulmayıb, heç nə yaddan çıxmayıb…

Xəbər verilir ki, Mossack Fonseca firmasının iki təsisçisinin – Jürgen Mossack və Ramón Fonseca-nın məhkəməyədək zaminə buraxılmasına icazə verilməyib.

Odebrecht Cənubi Amerikanın ən böyük tikinti şirkətidir və uzun müddət Braziliya dövlət neft şirkəti Petrobras-ın kontraktçısı olub.

2015-ci ilin yayında Odebrecht tikinti şirkətinin prezidenti Marcel Odebrecht Braziliyanın federal polisi tərəfindən həbs edilmişdi.

Panama sənədlərinin arasından Əliyevlərə aid olanları da çıxmışdı

Panama sənədlərinin arasından Əliyevlərə aid olanları da çıxmışdı

2016-cı ildə o korrupsiya və çirkli pulların yuyulmasında təqsirli bilinib və 19 il müddətinə azadlıqdan məhrum edilib.

Marcel Odebredht etiraf edib ki, o bütün Latın Amerikası boyunca yüksək vəzifəlilərə 800 milyon dollar rüşvət verib.

2016-cı ildə dünyanın ən böyük media qurumlarından bəziləri Mossack Fonseca-nın serverlərindən sızdırılmış milyonlarla sənədi dərc edib.

İndiyədək əksər beynəlxalq korrupsiyaçılar məsuliyyətdən kənarda qala biliblər. Bu ilk növbədə sənədlərdə adları faş edilənlərin böyük əksəriyyətin siyasi hakimiyyətdə olması ilə bağlıdır.

Son vaxtlar bir sıra antikorrupsiya fəalları Panama sənədlərinin tədricən unudulmasından və ya arxa plana keçməsindən narahatlıq ifadə edirdi. Lakin göründüyü kimi Panama sənədləri 2017-ci ildə də gündəlikdə olacaq.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL