Anons

Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Bədənində 16 qəlpə gəzdirən Qarabağ əlili: “Qalmışam küçələrdə” VİDEO

Tarix:15-02-2017, 14:26 Baxış Sayı:230

Bədənində 16 qəlpə gəzdirən Qarabağ əlili: “Qalmışam küçələrdə” VİDEO

Redaksiyamıza müraciət edən Kürdəmir rayonu Karrar stansiyasının sakini Səfərov Vüqar Əhməd oğlu hərbi xidmətdə aldığı xəsarətdən II qpup əlil olduğunu bildirir. Aldığı 115 manat təqaüdlə dolana bilmədiyini deyən əlil ona çatacaq konpensasiyanın ödənilmədiyindən şikayətçidir.

Vüqar Səfərov əməkdaşımıza ürəkağrısı ilə danışır: “Hazırda ayağımda 10 ədəddən çox qəlpə var. Əvvəllər imkanım vardı onları çıxartdıra bilirdim. İndi isə heç çür imkan yoxdur. Ayağım bir yana, yaşayış yerim də yoxdur. Karrar stansiyasında evimiz köhnə olduğundan uçub. Rayon İcra hakimiyyətinə müraciət etdim baxan olmadı. Bakıda kirayə qalmaq məcburiyyətindəyəm. Təkcə həyat yoldaşım xadimə işləməklə ailəni dolandırır. Kirayə pulunu ödəyə bilmirəm. Məcbur olub pensiya kartımı girov qoyuram. Birtəhər onu ödəyib, başqa yerdə yenidən girov qoyuram.  Buna görə tez-tez kirayə dəyişirəm. İki qızım var , artıq böyüyüblər. Bir otaqda qalırıq. Heç olmasa mənim “qan pulumu” versinlər başıma bir çarə edim. Müdafiə Nazirliyinin qaynar xəttinə zəng etmişəm, deyirlər Sosial Müdafiə Mərkəzinə müraciət et.  Ötür-ötür edirlər”.

Müsahibim kövrəlir: “Deyirlər kişi ağlamaz, amma əlimdən heçnə gəlmir. Dəfələrlə özümə qəsd etmişəm. Daha yaşamaq istəmirəm.  İki uşağa görə bir təhər dözürəm. Onların həyatı indidən məhv olur. Nə təhsil ala bilirlər, nə də adam kimi yaşaya bilirlər”.

Vüqar Səfərov sonda ölkə başçısına  müraciət edərək, ona yardım edilməsini, əlillik aldığı üçün veriləcək konpensasiyanın ödənilməsini xahiş edir.

Kürdəmir rayon sakini Vüqar Səfərovun şikayətini aidiyyatı qurumların nəzərinə çatdırıb, onların mövqeyini gözləyirik.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL