Anons

Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Sabiq MTN generalı jurnalistləri təhqir edib

Tarix:15-02-2017, 10:04 Baxış Sayı:237

Sabiq MTN generalı jurnalistləri təhqir edib

Ləğv edilmiş MTN sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası günün ikinci yarısında davam etdirilib.

Bakı Hərbi Məhkəməsinin sədri hakim Həbib Həsənovun sədrlik etdiyi proses Sabunçu rayon Məhkəməsində keçirilir.

İclasda təqsirləndirilən şəxslərin vəkilləri həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət veriblər. Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra iclasda çıxış edən prokuror zərərçəkmiş Cəmşid Novruzovun vəkili Kamandar Nəsibovun Akif Çovdarovun da vəkili olduğunu deyib və ona görə K. Nəsibovun prosesdən uzaqlaşdırılmasını istəyib.

Məhkəmə vəsatəti təmin edib və K. Nəsibov iclasdan uzaqlaşdırılıb.

Təqsirləndirilən şəxslərdən Fizuli Əliyev və Sübahir Qurbanovun müdafiəsinə yeni qoşulan vəkillər isə cinayət işi ilə tanış olmaq üçün vaxt istəyiblər.

Məhkəmə vəsatəti təmin edib və növbəti iclas fevralın 21-nə təyin edilib.

İclasdan sonra jurnalistlər təqsirləndirilən Natəvan Mirvətovadan ittihama münasibət öyrənmək istəyiblər. O, jurnalistlərə “rədd olun” deyərək təhqir edib.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL