Anons

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Mühacir jurnalist: “Bizim bundan artıq edəcəyimiz bir şey yoxdur”

Tarix:9-03-2017, 15:54 Baxış Sayı:234

Mühacir jurnalist: “Bizim bundan artıq edəcəyimiz bir şey yoxdur”

Rauf Mirqədirov siyasi mühacir statusu, MTN-də keçirdiyi 23 aylıq həbsi və gələcək planları haqda danışdı


2016-cı il martın 17-də Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə 5 il sınaq müddəti təyin olunmaqla azadlığa buraxılan Rauf Mirqədirov hazırda İsveçrəyə sığınıb. R.Mirqədirov Azərbaycanda tanınan jurnalistlərdən idi. Onu 2014-cü il aprelin 19-da Ankaradan deportasiya edib həmin gün təyyarə ilə Bakıya göndərdilər və jurnalisti Bakı Hava Limanında hazırda mövcud olmayan MTN əməkdaşları saxladı.


Bir neçə gün sonra, həmin il aprelin 21-də Rauf Mirqədirovu “Ermənistanın xüsusi xidmət orqanlarının tapşırıqları əsasında Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparmaqda” ittiham etdilər. Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə Rauf Mirqədirov barəsində 3 ay müddətində həbs-qətimkan tədbiri seçildi. Daha sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə jurnalist 6 il müddətinə azadlıqdan məhrum olunmuşdu. Jurnalist həbs olunduğu gündən ittihamları qəbul etmir, qondarma olduğunu bəyan etmişdi.


Nəhayət, 2015-ci ilin oktyabrında Eldar Mahmudovun vəzifədən çıxarılması, MTN-in isə bir qurum olaraq ləğvi R.Mirqədirovu günahsız həbs edilən şəxslər ordusundan ayırdı.


Bugünlərdə AzadlıqRadiosu Rauf Mirqədirovdan müsahibə alıb.


“Söhbətə başlaya bilmək üçün 8 yaşlı qızından otaqdan çıxmasını istəyir. Qızı bu istəyi etirazla qarşılayanda, o, təmkinlə söhbəti tez başa vuracağına söz verir. Bir saatı aşan söhbətə elə qızlarından danışmaqla başlayır”. Bu fikirlər mühacir jurnalistlə müsahibədəndir.


R.Mirqədirov digər qızından da danışıb. Deyib ki, 15 yaşlı qızı qısa müddətdə alman dilini öyrənə bilib: “Dilləri tez mənimsəyir. Balaca vaxtından tez-tez məktəb dəyişib, gah rus, gah türk məktəbində oxuyub. Böyük qızım daha tez uyğunlaşır duruma”.


Jurnalist balaca qızının isə əksinə, mühitə çətin alışdığını deyib. Özünü 8 yaşlı qızının yanında daha çox günahkar sayır: “O, 8 aylıq olanda Bakıdan Ankaraya köçdük. Orda daha çox evdə olurdum. Ata-anasını yanında görməyə adət etmişdi. Həmin hadisələr onun üçün çox çətin, ağır keçdi. İndiyədək onun təsirindən tam çıxa bilmir. Türkiyəni yada salmaq istəmir, çünki məni onun yanında, avtobusda həbs etdilər polislər... Burda isə tam başqa mühitdir. İki il mənsiz qalıb. Tam başqa çətinliklər görüb. Bağçada ünsiyyət və dil öyrənmək çətinliyi var. Üstəlik, burda mentalitet də fərqlidir...”


Mühacir jurnalist yaşlı anasından danışır: “Mənə deyir ki, yaxşıdır. Amma anlayıram ki, təkbaşına küçəyə çıxa bilmir. Gəzmək problemi var, həm yaş, həm də xəstəliklər... Çətindir”.


“Özünüzlə apara bilmədiniz” sualını belə cavablayır: “İxtiyarım yoxdur, hələ status almamışam...”


- İsveçrədə neyləyirsiniz?


Hərdənbir yazılar yazıram. “Ayna”da, “Zerkalo”da çıxır. Uzun illər gərgin iş rejimində çalışmışam, sonradan təcrid dövrü başlandı. İndi daha çox ailəmlə istirahət edirəm. Çox oxuyuram... Siyasi mühacir statusu üçün müraciət etmişəm. Bu yaxınlarda cavab almalıyam.


- Son illər Azərbaycandan köç başlanıb. Azərbaycanı tərk etməyə insanları nə vadar edir?


- Azərbaycandakı vəziyyəti xırdalamaq artıqdır. Ortam çox gərgin və ağırdır. Normal, daha doğrusu, azadfikirli insanın yaşamasına şərait yoxdur. Bu gün Azərbaycanda gözlənilən bir köç başlanıb. Daha çox orta yaşı keçmiş insanlar köçürlər. Bəlkə də bu, yorğunluqla bağlıdır. Ömür boyu mübarizə aparmaq olmaz. Mənən, fiziki baxımdan aşınma baş verir. Ömür boyu stress altında yaşayanda, təzyiqlərə məruz qalanda insan da yorulur. Ona görə daha rahat ortamda yaşamaq istəyirsən. Mən görürəm ki, bizim nəslə mənsub insanların çoxu köçüb. Hadisələr başlarkən, biz cavan idik, indi yaş 50-ni ötüb. Cavanlar çox gedirlər xaricə. Bu, daha çox təhlükəlidir. Bu o deməkdir ki, bizi gələcəkdən məhrum edirlər. Biz nə bacarmışıq etmişik. Çox şey də bacarmamışıq, əslində. Günahımız da ondadır ki, çox şey bacarmamışıq, bu gün azad və demokratik ölkə qura bilməmişik. Amma nəsə etmişik, bizim bundan artıq edəcəyimiz bir şey yoxdur. İstənilən halda, ölkənin gələcəyi bizimlə bağlı deyil. Gələcək gənclərlə, orta nəsillə bağlıdır. Təəssüflər olsun ki, onlar da gedirlər. Bunun da ağrısını çox çəkəcəyik. Azərbaycanı gələcəkdən məhrum edirlər.


- Bu yaşdan sonra gedib orda, tanımadığınız ortamda yaşamaq, yeni əlaqələr qurmaq, yeni dostlar qazanmaq, dil öyrənmək və... hər şeyə sıfırdan başlamaq yəqin çox çətindir?


- Dostlarım yoxdur yanımda. Bu, çox ağrılı bir şeydir. Bacım, anam, qohumlarım Bakıdadır. Amma... 
Ankarada məni avtobusdan avtomatlı polislər qolumu buraraq çıxardılar. O vaxt qızımın gözlərini gördüm. 4 yaşı vardı. Təəccübdən bərəlmiş gözlərini gördüm. Uşaq üçün anlaşılmaz hadisə baş verirdi. Onu heç cür yaddan çıxara bilmirəm... Mən çox yorulmuşam. Bəli, dostlarımı itirdim. Onlarla ancaq telefonda danışa bilirəm. Onlarla yeyib-içə, bir məclisdə otura bilmirəm. Həmkarlarımla görüşüb söhbətləşə bilmirəm, o ortam mənim üçün vacib idi. Amma bu yaşda insana həyat yoldaşı, balaca uşaqları, onların rahatlığı, təhlükədən uzaqlığı daha önəmli olur. Onların qarşısında borcum var. Axı əvvəlki həyatımız da rahat olmayıb. Son 2 ilsə lap əzablı dövr idi. Artıq onlara əzab gətirmək istəmədim. Və... təbii ki, yorulmuşam.


- Yorulduğunuzu deyirsiniz. Bu, həbsdə yaşadıqlarınızla bağlıdır? Həbsdə olduğunuz müddət haqda çox danışmağı sevmirsiniz, deyəsən...


- Birincisi, təkadamlıq kamerada 23 ay qalmağın özü işgəncədir, əziyyətdir. Ancaq yalan danışmaq istəmirəm. Təyyarədən düşəndə qolumu burub qandallamağı saymasaq, mənə fiziki işgəncə verməyiblər. Təhdid etməyiblər. Müəyyən mənəvi təzyiqlər olub. İşarə edirdilər ki... Gəlin bu haqda danışmayaq...


- “Rauf Mirqədirov niyə dövlətə xəyanətdə ittiham edildi” sualına anlaşıqlı cavabınız var?


- Başqa ittiham tapa bilməyiblər, görünür. Azərbaycanda bir neçə maddə ilə tuturlar jurnalistləri. Narkotik ittihamı, xuliqanlıq, vergidən yayınma... Mən Azərbaycanda deyildim, narkotikə və ya xuliqanlığa görə tutdurub bura gətirə bilməzdilər. Heç vaxt qrant da almamışam. Ona görə bu maddə qalırdı. Bu, Rusiyanın sifarişi idi. “Zerkalo”nu bağlamaq, məni də tutmaq lazımmış... Mənə şərəfdir ki, düşünən insanlar üçün uzun zaman bir meydança olan “Zerkalo”da işləmişəm, özü də orda axırıncı çarx olmamışam.


Mühacir jurnalist status alandan sonra kursa gedə biləcəyini, dil öyrənməyə başlayacağını da bildirib.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL