19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
Qış otlaq sahələrinə sahib olmaq istəyən HALAL adam kimdir?
Minlərlə baş heyvanın aqibəti sahibkarları narahat edir
Şamaxı və Hacıqabul rayonları ərazisində heyvandarlıqla məşğul olan 300-ə yaxın sahibkarın fəaliyyəti sual altına alınıb. Ötən ilin dekabrında yerli içra orqanları tərəfindən onlara təqdim olunan bildirişdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 sentyabr 2016-cı il tarixli 516s saylı sərəncamı ilə torpaqların əkin dövriyyəsinə cəlb edilməsi ilə təyinatının dəyişdirilərək dövlət ehtiyyat fondu torpaqları kateqoriyasına aid olması göstərilir. Sahibkarlara bildirilib ki, icarələrində olan qış otlaq sahələri üçün bağlanmış müqavilələrə rayon icra hakimiyyətləri tərəfindən birtərəfli qaydada xitam verilib. Həmçinin, bildirişdə qış otlaq sahələrində olan tikililərə görə kompensasiyanın ödənilməsi nəzərdə tutulduğu, lakin qiymətləndirilmə və konpensasiyanın ödənilməsi rayon icra hakimiyyətlərinin səhahiyyətində olmadığı da göstərilib.
Şamaxı rayonundan olan sahibkarlar məsələnin işıqlandırılması üçün redaksiyamıza müraciət edib. Onları qış otlaq sahələrində dinləyib dərdlərini aidiyyatı orqanlara çatdırmağımızı xahiş edib. Əməkdaşımız Şamaxı rayonunda olub və sahibkarın şikayətlərini video-çəkilişlə qeydə alıb.
Söhbət zamanı məlum olub ki, təkcə Şamaxı rayonu ərazisində 15 min hektara yaxın yerdə 102 qış otlaq sahəsi var . Həmin sahələrdə 200 mindən artıq xırda buynuzlu, 3 mindən çox iri buynuzlu, 1000-ə yaxın işçi və mühafizə heyvanlarının olduğu bildirilib. Sahibkarları narahat edən əsas məsələ torpaqlar geri alınacağı təqdirdə həmin heyvanların hansı aqibət yaşayacağıdır.
Sahibkarlar hədələnir
Sahibkarlara tikililər üçün təklif olunan konpensiyasıyaların da həddindən artıq az olduğu bildirilib. Eləcə də həmin məbləğin yerli icra orqanları tərəfindən səyyar şəkildə verilməsi sərəncamın özünə ziddir. Sahibkarlar məsələ ilə bağlı Kənd təsərrüfatı nazirinin qəbulunda da olduqlarını bildiriblər. Nazir Heydər Əsədovun onlara verdiyi “o, torpaqları alan HALAL adamdır, narazı qalmayacaqsız” deməsi sahibkarları təşvişə salıb. Həmin HALAL adamı görmək, tanımaq isə onlara nəsib olmayıb. “Gah deyirlər buranı ərəblər alıb, gah deyirlər Paşayevlər alıb, amma üçünşü tərəfin kim olması bu günə kimi açıqlanmır. Hədə ilə müqavilədən imtina sənədinə imza atdırmaq istəyirlər”,- deyə YAP üzvü olan gənc sahibkar Toğrul Salahov bildirib.
“Əsas məqsəd heyvandarlığı monopoliyaya almaqdır”
Sahibkarlardan Vahid Əhmədov isə sərəncamın kənd təsərrüfatının inkişafına zərər vuracağını bildirib: “Əkinçiliyin inkişafı nəzərdə tulsa da, heyvandarlığa ciddi ziyan dəyəcək, işsizlik yaranacaq, yenidən paytaxta köç başlayacaq”.
Əbilcan İsmayılov həmin ərazilərin əkinçilik üçün yararlı olmadığını deyib. Bunun üçün həmin ərazidə ikinci Kür çayının mövcud olmasının gərəkliyini bildirib.
Heybətəli Yusifov adlı sahibkar isə torpaqların əkin üçün alındığına inanmadığını bildirib. “Yaxın ərazidə “Azərsun Holdinq” xeyli torpaq aldı, amma onların cüzi bir hissəsini əkdi. İndi yenidən həmin ərazidə heyvandarlıq konpleksləri quraşdırılır. Deməli, əsas məqsəd bu sahəni də monopoliyaya almaqdır”,-deyib.
Zahir Məmmədov qeyd edib ki, qanunvericiliyə görə torpaqların təyinatı dəyişdirildikdə ilk növbədə onun icarədarlarına təklif olunmalıdır. “Əgər əkinçilik deyirlərsə, elə özümüz əkərik. Bir neçə sahibkar birləşib iri fermer təsərrüfatı yarada bilərik”,-deyə Zahir Məmmədov bildirib.
İsmayıl Nağıyev adlı sahibkar qanunvericiliyin tələblərinə uyğun məsələnin həllinin tərəfdarı olduğu bildirib. Adı çəkilən sərəncamın qüvvədə olan məcəllə və qanunlarla ziddiyyət təşkil etdiyini deyib.
Övladlarını şətinliklə boya-başa gətirən Gülüstan Məmmədova isə şəhid anasıdır. Oğlu Əlisuvar Məmmədov Qarabağ döyüşlərində həlak olub. Gülüstan Məmmədova bu məsələdə birinci vitse-prezidenin onlara kömək edəcəyini düşünərək Mehriban Əliyevaya müraciət edib.
Sahibkarların dediklərini saytımızın izləyicilərinə təqdim edirik.