Anons

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Bu gecə evdən çölə çıxmayın - XƏBƏRDARLIQ

Tarix:14-03-2017, 15:04 Baxış Sayı:271

Bu gecə evdən çölə çıxmayın - XƏBƏRDARLIQ

Son 2 gün ərzində Bakıda və Abşeron yarımadasında havada olan tozun miqdarı sanitar normadan artıqdır. Buna səbəb Ərəbistan səhralarında müşahidə olunan toz burulğanının atmosferin yuxarı təbəqələrinədək qalxmasıdır. Bu toz hissəcikləri atmosfer axınları ilə, əsasən də cənub, cənub-qərb axınları vasitəsilə Azərbaycana da gəlib.

Əlverişsiz meteoroloji şəraitlə bağlı bu gün də atmosfer havasında tozun miqdarının bir qədər artacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova Publika.az-a açıqlamasında bildirib ki, bu gün axşam saatlarında Ərəbistanla yanaşı Türkmənistandan da tozlu hava ölkə ərazisinə daxil olacaq: "Bunun gecə saatlarına təsadüf etməsi yaxşı haldır. Çünki həmin saatlarda insanlar küçədə daha az olurlar. Tozlu havanın müşahidə edilməsi cənub, cənub-şərq küləklərinin daxil olması ilə bağlıdır. Bu axşam və sabah gündüz saatlarında da tozlu hava davam edəcək. Ayın 16-dan bu hava axını üzərimizdən keçəcək, hava daha təmiz olacaq”.

M.Avazova bu gün səhər saatlarından aparılan monitorinqlərin nəticələrinə əsasən, atmosfer havasında tozun miqdarı normadan çox olduğunu deyib: "Bu tozlu hava ətraf mühitə çox təsir etmir. Lakin nəfəs yollarında problemi olanlar yaxşı olar ki, bu günlərdə qapalı məkanda olsunlar. Çünki açıq havada olmaq onlar üçün discomfort hissi yarada bilər. Həmin tozun tərkibi araşdırılıb, sağlamlıq üçün zərərli maddə aşkarlanmayıb. Bu təbii, torpaq mənşəli tozdur. Bu hallar əsasən yaz və payız aylarında müşahidə edilir. Bəzən heç qeydə alınmır. Proses meteoroloji şəraitlə bağlıdır. Artıq bir həftədir cənub küləklərinin ölkə ərazisində hökmran olması səbəbindən belə hal qeydə alınıb. Hazırda bu hal Bakı, Abşeron yarımadası və Sumqayıt ərazisində müşahidə edilir”.

Pulmunoloq Əlizamin Sadıqov son günlər bronxial astma, xroniki ağciyər xəstələrinin müraciətində artım qeydə alıdıqlarını dedi: "Lakin bu kəskin respirator virus xəstəlikləri ilə bağlıdır. Çünki yanvar, fevral aylarında bu xəstəliklər pik həddə olur. Onun davamında allergik xəstəliklərin birdən-birə kəskinləşməsi baş verir. Ona görə də bu günlərdə astma xəstələrinin müraciətində kifayət qədər artım var”.

Pulmunoloq tozlu havada təkcə astma deyil, bütün xroniki respirator xəstəliklərindən əziyyət çəkənlər üçün ciddi risk faktoru olduğunu dedi:

"Bu cür hava sağlam insanlara heç bir təsiri olmur. Lakin xroniki ağciyər və bronxial astma xəstələri tozlanmanın yüksək olduğu ərazilərdə xüsusi tənəffüs respiratorlardan istifadə etməli, maksimum şəkildə evdən çıxmamağa çalışmalı, qapı-pəncərələri çox da açıq saxlamamalıdır. Mümkün qədər küçədə qalmamaq tövsiyə edilir. Bu cür havada xroniki ağciyər xəstələri üçün bronxial astma xəstələrindən daha diqqətli olmalıdırlar. Çünki tozlu hava ilə kontakt zamanı astmanın kəskinləşməsi baş verə bilər”.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL