19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
İkinci qrup gözdən əlil Rəşad Səlimli və anası Yeganə Səlimova Respublika prokuroru Zakir Qaralaovun qəbuluna düşmək istəyib. Amma onlara imkan yaradılmayıb. Səlimova Yeganə azadliq.info-ya bildirib ki, 2012-ci ildən Nərimanov rayonunda güzəştli mənzil növbəsində olublar.Faiq Yusifov küçəsi, 40 ünvanında gözdən əlillərə tikilən binanın inşası iki il öncə başa çatsa da, ona həmin 12 mərtəbəli yaşayış evində mənzil verilməyib.
Yeganə Səlimova gözdən əlillər üçün tikilmiş binadan əlilliyi olmayanlara, başqa yerdə mənzili olanlara ev verildiyini deyir. Buna görə əlində olan faktları prokurorluq oranlarına təqdim etdiyini də bildirir. Amma Prokurorluqdan Nazim Abbasovun cavabı onları qane etmir. “Nə faktları təsdiq edib cinayət işi başlayırlar, nə də cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar verirlər. Korrupsiyaya qarşı mübarizə yalnız kağız üzərindədir. Baş Prokurora görüşməyə imkan vermirlər ki, sözümüzü deyək”,- deyə Səlimovlar bildirib.
Yeganə Səlimova ölkə daxilində dəfələrlə qəbullarda olsa da bir nəticə hasil olmadığını bildirib. Artıq məcburiyyət qarşısında qonşu Gürcüstana gedib, BMT nümayəndiliyinə müraciət edəcəyini düşünür.
Səlimova Yeganə: “Məcburam gedib səfirliklərə müraciət edək. Bunu istəməsəm də daha başqa əlacım qalmayıb. Yaşadığımız evin kirayə pulunu ödəyə bilmirəm, artıq evdən çıxarırlar. İki xəstə uşaqla küçələrdə qalası deyiləm ki?… “Üzdəniraq”, “mənfur” dedikləri ölkənin səfirliyinə də müraciət edəcəyik”,- deyir.