19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
“Biz hərbi əməliyyatların olmasını istəmirik. Rusiya və Amerika ilə birlikdə Fransa Minsk qrupuna həmsədrlik edir ki, Ermənistan və Azərbaycan arasındakı münaqişə danışıqlar vasitəsilə, sülh yolu ilə həllini tapsın. Əlbəttə, status-kvo bizə uyğun deyil”.
Bunu Parisdə Fransanın xarici işlər və beynəlxalq inkişaf naziri Jan-Mark Eyro AZƏRTAC-ın bu ölkədəki xüsusi müxbirinin sualını cavablandırarkən deyib.
“Mən prezident Fransua Ollandın hər iki prezidentlə görüşlərində iştirak etdim. O, Fransanın münaqişənin həlli ilə bağlı kömək göstərməyə hazır olduğunu bir daha bildirdi. Əgər tərəflər danışıqlar aparmaq və sülh müqaviləsi imzalamaq istəsələr, Fransa konfrans təşkil etməyə hazırdır. Belə münaqişələr yalnız diplomatiya vasitəsilə həllini tapa bilər. Status-kvo vəziyyəti daha da ağırlaşdıran siyasi seçimdir. Fransa münaqişə həll olanadək vasitəçi rolunu davam etdirəcək”, - deyə, fransalı nazir əlavə edib.
Qeyd edək ki, Fransa Prezidenti Fransua Olland mart ayında Parisdə Azərbaycan və Ermənistan prezidentləri ilə görüşüb. Aparılan danışıqlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib.
Xatırladaq ki, Ermənistan 1993-cü ildən Azərbaycan ərazilərinin 20 faizini, Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu işğal altında saxlayır.