Anons

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Mehman Hüseynova işgəncə ilə bağlı məhkəmə başladı

Tarix:28-03-2017, 08:27 Baxış Sayı:228

Mehman Hüseynova işgəncə ilə bağlı məhkəmə başladı

Martın 27-də paytaxtın Səbail Rayon Məhkəməsində həbsdə olan bloqqer Mehman Hüseynovun işgəncəyə məruz qalmasına dair şikayətinə baxılıb.

Bakı Şəhər Prokurorluğu Mehman Hüseynovun yanvarın 9-da inzibati qaydada saxlanılarkən, Nəsimi Rayon Polis İdarəsində işgəncəyə məruz qalması barədə söylədiklərini əsassız sayıb və cinayət işi başlanması üçün onun müraciətilə bağlı rədd qərarı çıxarıb. Mehman Hüseynovun vəkilləri prokurorluğun bu qərarından məhkəməyə şikayət ediblər.

Qapalı keçirilən məhkəmə haqda Azadlıq Radiosu-na məlumat verən vəkil Elçin Sadıqov bildirib ki, prokurorluğun cinayət işinin başlanmasından imtina qərarı ilə bağlı materiallar nə Mehman Hüseynovla müdafiəçilərinə, nə də məhkəməyə təqdim olunub. Vəkillər bu səbəbdən həmin materialların prokurorluqdan alınması haqda vəsatət qaldırıblar. Vəsatət təmin olunub. Hakim Aytən Əliyeva prokurorluğun rədd materiallarını məhkəməyə təqdim etməsindən ötrü martın 28-dək vaxt verib.

Mehman Hüseynovun özünün də qatıldığı məhkəmədə onun vəkilləri bir neçə başqa vəsatət də qaldırıblar. Müdafiəçilər əlavə şahidlərin dindirilməsini, Nəsimi Rayon Polis İdarəsində olan videokameraların yaddaşındakı görüntülərə baxış təşkil edilməsini və Mehman Hüseynovun tibbi komissiyadan keçirilməsini istəyiblər. Hakim bu vəsatətlərə münasibət bildirməyib. Məhkəmə martın 28-də davam edəcək.

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL