19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
Zaqatalada Nizami Ramazanova məxsus 3 aylıq küçük polis əməkdaşı tərəfindən döyülüb. “Qafqazinfo”ya müraciət edən heyvansevər Elxan Mirzəyev bildirib ki, hadisə martın 17-də rayonun Muxax kəndində baş verib. E.Mirzəyev deyib ki, it balasını qonşu Tural Hacıömərov döyüb: “Tural Hacıömərov isə Daxili İşlər Nazirliyinin Mühafizə İdarəsinin əməkdaşıdır. Balaca küçük döyüldükdən sonra ağır xəsarətlər alıb, gözləri tutulub, ayaq üstə dayana, yeriyə bilmir. Bu barədə baytar rəyi də var”.
Küçüyün döyülməsinə səbəb onun T.Hacıömərova hürməsi olub. E.Mirzəyev hadisə ilə bağlı “102” xidmətinə müraciət etdikdən sonra Mühafizə İdarəsinin rəhbərliyi tərəfindən qəbul edildiyini deyib: “Rəhbərlik məni dinlədi, məsələ onlara da qəribə gəldi. Dedilər ki, araşdırıb qərar verəcəklər”.
T.Hacıömərov açıqlama verərək hadisənin necə baş verdiyini açıqlayıb: “Mən dəfələrlə onlara xəbərdarlıq etmişdim ki, itinizi yığışdırın, küçəyə çıxır. Mənim də qoyunlarım var, küçəyə buraxıram otlayırlar. Neçə dəfə onlara dedim, xeyri olmadı. Həmin gün yenə qoyunları küçəyə ötürüb evə qayıdırdım. Küçük qoyunların üstünə cumub onları hürkütdü. Mən də iti qovmaq üçün daş atdım, dəydi. Sonra küçük çıxıb getdi. Sonra da bunlar yazmağa başladı”.
T.Hacıömərov DİN rəhbərliyi tərəfindən bu hadisəyə görə töhmət aldığını bildirib: “Baş İdarədə araşdırma aparıldı, mənə töhmət verildi, cəzalandırıldım. Hələ iş yekunlaşmayıb, araşdırma davam etdirilir. Hələ ki işimdəyəm, amma bundan sonra necə olacaq bilmirəm. Baş İdarədən xəbər verəcəklər”.