29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
Dağıstanda “Platon” sisteminə etiraz olaraq günlərdir tətil keçirən sürücülərin girovuna çevrilən azərbaycanlı TIR sürücüləri hazırda sərhədin o tayında hökm sürən vəziyyəti “müharibə” ilə müqayisə edirlər.
Azərbaycanlı sürücülərdən bəziləri başlarına gələnləri danışıblar və tətil edən dağıstanlı sürücülərin onları da öz aksiyalarına qatmaq üçün hansı zorakılıqlara əl atdıqlarından bəhs ediblər.
Xəbər verildiyi kimi Rusiyanın federal yollarında daşıdıqları yükün ağırlığından asılı olaraq sürücülərdən vergi yığılmasını nəzərdə tutan “Platon” sistemi üzrə tariflərin 25 faiz artırılmasına etiraz olaraq bütün ölkə boyu TIR sürücüləri tətilə əl atıblar. Dağıstanda isə tətil daha kütləvi və aqressiv xarakter daşıyır. Yerli sürücülər Rostov-Bakı federal trasını bağlayaraq Azərbaycandan, İrandan, digər ölkələrdən Rusiyaya yük daşıyan maşınları saxlayır, onları da tətilə məcbur etməyə çalışır. Bu zaman sürücülərdən döyülənlər və maşınları yandırılanlar da var. Baş verənlər Azərbaycandan Rusiyaya və geriyə yükdaşımalara ciddi təsir edib.
Həmin hadisələrin burulğanına düşən sürücülərdən Mehman Mehdiyev Kürdəmirdə 34 ildir yollardadır və bu müddətdə çörəyi beynəlxalq yükdaşımalardan çıxıb. Ötən həftə Rusiyada “Platon sistemi”nə etiraz edən sürücülərin iritonnajlı yük maşınlarına hücumu zamanı Mehman Mehdiyev qəzaya uğrayıb.
O, xəstəxanaya yerləşdirilsə və artıq oradan çıxsa da, bədənində hələ də ağrılar hələ qalıb. Başına 10 tikiş atılan və beyni silkələnən Mehman Mehdiyev indi canından çox, ona çörək qazandıran maşınının hayındadır: “Bu gün məni polisə çağırıblar, maşınıma dəyən ziyana görə sığorta nəsəödəməlidir. Maşına ciddi ziyan dəyib, ələ gələn deyil. Rus hökumətindən istədiyim odur ki, maşınımı qaytarıb versinlər. Ailəmi bu maşınla dolandırıram...”.

Sürücü daha sonra qəza günü başına gələnləri daha ətraflı danışır: “Rusiya tərəfə keçdik, malı gömrükdən keçirəndən sonra gördüm ki, vəziyyət yaxşı deyil. Yola çıxmaq istəmirdim. Ancaq bunların iki yol polisi öz avtomobilləri ilə bizi müşayiət edəsi oldu. Biz də 20-30 maşındıq. Mahaçqaladançıxdıq, postu keçdik, təxminən 20 kilometr getmişdik ki, hava qaraldı. Bundan sonra yüngül minik maşınları kortejin arasına girməyə çalışdı - qabağımızda tormoz verib bizi aralayırdılar. Birdən qabaqdan gələn “Kamaz” maşınının kuzasından kimsə daş atdı. Daş ön şüşədən keçib başıma dəydi. Bundan sonra maşının idarəetməsini itirdim. Maşın sola burulub aşdı, sonrasını bilmirəm. Bir də ayıldım ki, təcili yardımla xəstəxanaya aparırlar...”.
Rusiyada “Platon sistemi”nə etiraz edənlərin hücumlarına məruz qalan azərbaycanlı sürücü Əzim Niftullayev və yoldaşları isə deyirlər ki, onların maşınlarını daşa basırlar, yandırmaq məqsədi ilə “Molotov kokteyli” atırlar, hərəkət etməyə imkan vermirlər. Onların dediyinə görə Dağıstan polisi də baş verənlərə müdaxilə etmir.
“Vəziyyət artıq çətinləşib. Çörəyimiz yox, pulumuz yox. Nəyimiz var, xərcləmişik. Maşınlar da malla doludur. Mal xarab olmasın deyə, məcburuq soyuducunu işə salaq, ona da yanacaq lazımdır. Maşınla hərəkət etmək mümkün deyil. Gərək maşını qoyub piyada qayıdaq. Başqa variant yoxdur”-Niftullayev deyir.
Aprelin 3-də, təxminən 50-dək yük maşını, etirazçıların hücum çəkməsinə bamayaraq, hərbçilərin müşayiəti ilə yola çıxıb. “Stavropol vilayətindəyik. Bizi hərbçilər BTR-lərlə çıxardılar. Ancaq yolla gedəndə bizi etirazçılar hədələyirlər ki, darıxmayın, geri qayıdanda gününüzü görəcəksiniz. Yəqin OMON-çuların yollarda necə dayanmağını görmüsünüz. Onların başının üstündən bizə daş atırlar, butulka atırlar. Yol polisi qabaqda gedir, arxada da kortej. Harda camaat çoxdur, yol polisi maşını yavaşıdır, furalar da yavaşıyır, o zaman daş, yanar maddə atırlar. Mehmana da daş atmışdılar, huşunu itirib, maşın yoldan çıxıb, aşıb, arxasınca gələn maşın da ona dəyib aşmışdı, onu yandırmışdılar. Bu, müharibədir. İndi maşınları polis müşayiəti ilə aparmaq istəsələr də, sürücülər qorxurlar”, - Əzim Niftullayev bildirir.

Rusiyaya mal daşıyan, adının çəkilməsini istəməyən başqa sürücü deyir:“Rusiya hökuməti vəziyyəti bilir, amma televiziyalar vermir. Bu, böyük fəlakətdir. Dünən məcbur qalıb bir kortej keçib, yenə bütün furaları daşlayıblar, təkərlər partlayıb. Birtəhər Çeçenistanda düzəltdiriblər. Ordan uzaqlaşsalar da, bu səfər də İnquşetiyada atəş açıblar. Rezin güllələr atıblar. Vəziyyət pisdir...”.
Dağıstanın “Çernovik” nəşrinin müxbirləri isə etirazçıların Manas yaxınlığındakı düşərgəsində olub. Dağıstanlı sürücülər deyiblər ki, güc strukturlarının əməkdaşları azərbaycanlı sürücülərdən rüşvət alaraq onları tətilçilərin postlarından keçirir.
“Bu gün xariciləri zirehli texnikanın müşaiyəti ilə Moskvaya apardılar. Bu ki, biabırçılıqdır! Heç bir çərçivəyə sığmır. Heç bir dilənçi dövlət də belə eləməz. Öz xalqına deyir: “Çürüyün burda”, biz azərbaycanlılardan pul alıb onları aparacağıq. Bu, alçaq rüşvətxor strukturdur”-dağıstanlı sürücülər qəzəblə bildirir.
Sürücülər ironiya ilə yerli polisin və “Rosqvardiya”nın Azərbaycandan olan TIR-ların kolonunu necə müşaiyət etdiyini ironiya ilə danışırlar. Onların dediyinə görə güc strukturlarının əməkdaşları bu xidmətə görə hər maşından 5 min rubl haqq alırlar. 30 illik staja malik dağıstanlı sürücü Nurbaqand Maqomedov həmkarlarına danışır ki, Azərbaycan hakimiyyəti Moskvaya zəng edib və nəqliyyatın Dağıstandan buraxılmadığına görə şikayətlənib. Moskvadan yerli DİN-in rəhbərliyinə zəng ediblər, onlar isə Azərbaycan TIR-larını müşaiyət etmək üçün heyət göndərblər. Üstəlik hər maşından haqq alıblar. Aprelin 3-də 40-a qədər maşın Dağıstanı keçə bilib.
Dağıstanın nəqliyyat nazirinin müavini Yakub Xucayev isə keçirdiyi mətbuat konfransında deyib ki, sürücülər tətilə başlayandan bəri tələblərini üç dəfə dəyişiblər. Indi onlar “Platon sistemi”nin tam ləğv olunmasını tələb edirlər ki, bu da yerli hakimiyətin səlahiyyətində olan məsələ deyil. Xucayev deyir ki, tətil edən sürücülər Azərbaycan, İran və digər ölkələrdən olan TIR sürücülərini də öz etirazlarının girovuna çeviriblər. “Onlar həmin sürücülərin maşınlarını daşa basır, şüşələrini sındırır, özlərini döyür”-nazir müavini bildirib.
Qeyd edək ki, Rusiyanın federal telekanalları “Platon sistemi”inə etiraz olaraq sürücü tətillərindən heç bir xəbər, reportaj vermir. Bu, son illərdə Rusiyada baş qaldırmış ən irimiqyaslı və uzunmüddətli tətil aksiyasıdır.