Anons

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

"At, eşşək ətinə o qədər ədviyyat vururlar ki…"

Tarix:17-04-2017, 09:27 Baxış Sayı:205

"At, eşşək ətinə o qədər ədviyyat vururlar ki…"

“Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi bu günlərdə çıxıb dedi ki, it, at, eşşək, ulaq əti də yeməlidir. Ancaq bunun üçün ətin adı deyilməlidir. Bu açıqlama ilə qətiyyən razı deyiləm”.

Bunu müsahibəsində “Azad İstehlakçılar Birliyi”nin (AİB) sədri Eyyub Hüseynovdeyib. O, bildirib ki, belə açıqlama verilən nazirliyin qarşısında it əti mağazası açmaq lazımdır: “Bu, biabırçılıqdır. Azərbaycanda at-eşşək ferması yaradıb guya ətini xaricə göndərən adamlar da ifşa olunmalıdır. Bu məsələ birdəfəlik Azərbaycan gündəmindən çıxmalıdır. Azərbaycan vətəndaşlarının bədəninə at-eşşək, it ətinin harmonları yaddır. Bu ətlər insan bədəninə düşəndən sonra azad radikallar yaradır, bağırsaqlarda yuva salıb vətəndaşların sağlamlıqlarına xətər yetirəcək”.

E. Hüseynov deyib ki, Azərbaycanda “leş mafiya”sı var və 20 ilə yaxındır bu mafiyə ilə mübarizə aparır: “İstehlakçı hüquqlarının qorunmasına dair qanun zəifdir. Qanun deyir ki, istehlakçıya 100 manata qədər aldatmaq olar. Yəni it ətini quzu əti adı altında alıcıya sat, bunun üçün məsuliyyət yoxdur. 101 manat oldusa, məsuliyyət var. 10 ton murdar əti 3-5 kiloqram olmaq şərti ilə sata bilərsən. Qanunla bu yaramaz əmələ görə satıcının məsuliyyəti yoxdur. Cərimə də elədir ki, onu asanlıqla ödəyə bilirlər.

Şanlı İqtisadiyyat Nazirliyi guya məqsədyönlü siyasət aparır. Cənab prezident fərman imzalayıb ki, sahibkarlara toxunmaq olmaz. 2 il əvvəl həmin fərmanda nəzərdə tutulurdu ki, qiymətlər aşağı düşəcək, məmurlar rüşvət almayacaqlar. Qiymətlər göz qabağındadır, məmurlar da gizli yoxlamalar aparmaqda davam edirlər. Əksinə, məmurlar sahibkarları himayə etməli fərmandan öz şəxsi maraqlarını təmin etmək üçün həmin o sahibkara qarşı istifadə edirlər. Gizli yoxlamalar aparırlar. Digər tərəfdən də bazarda zir-zibil məhsulların, murdar ətlərin piştaxtalara çıxmasına şərait yaradırlar.

Dövlət qurumlarının əməli dəstəyi olmasa, vəziyyət belə də davam edəcək. Tələb varsa, təklif də olacaq. Azərbaycanlılar özləri də bilmədən it, at, ulaq, eşşək, ölmüş heyvanların ətini yeməkdə davam edəcəklər. Bunu uşaq baxçalarında uşaqlara, restoranlarda qonaqlara, kafelərdə müştərilərə yedizdirəcəklər. Bazar-dükanlardan vətəndaş belə ətləri ən müxtəlif şəkildə - farş, kolbasa, sosiska şəkilində alacaq. Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi deyəndə ki, it ətini də satmaq olar, vəziyyət dəyişməyəcək. Əlbəttə ki, bu açıqlama belə ətlərin satışına “yaşıl işıq” yandırmaqdır.

Ətlərə xüsusi dadlandırıcılar vurulur, belə ətləri emal edib piştaxtaya çıxarırlar. Sadə alıcı həmin ətin ümumi görünüşünü mal ətindən ayıra bilməz. Kolbasa və digər ət məhsullarının tərkibində isə ümumiyyətlə hiss etməz. Çünki o qədər dadlandırıcı, ədviyyat vurulur ki...”

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL