Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Tәcridxanada ölәn siyasi mәhbus gizlincə dəfn edilib FOTO

Tarix:1-05-2017, 08:19 Baxış Sayı:158

Tәcridxanada ölәn siyasi mәhbus gizlincə dəfn edilib FOTO

Aprelin 28-də Kürdəxanıdakı 1 saylı İstintaq Təcridxanasında müəmmalı şəkildə dünyasını dəyişən (intihar etdiyi deyilir) siyasi məhbus Mehman Qələndərov artıq dəfn edilib. Onu aprelin 30-u səhər saatlarında Zabrat qəsəbəsinə aid qəbristanlıqda, ata-anasının məzarı yanında torpağa tapşırıblar (qəbristanlıq Kürdəxanı təcridxanasının yaxınlığında yerləşir). Dəfn məxfi şəraitdə təşkil edilib. Hüquq müdafiəçisi Oqtay Gülalıyev bu barədə məlumat ala bilib və bir neçə ictimai fəalla birlikdə axtarışlardan sonra M.Qələndərovun qəbrini tapıb.

M.Qələndərovun öz ailəsi yoxdur. Qohumlarına isə ölüm faktının üzərində təftişçilik etməmək üçün təzyiq göstərildiyi deyilir.

Bu arada Baş Prokurorluq M.Qələndərovun ölümü ilə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Ölümün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilməklə məhkəmə tibbi ekspertizası təyin olunub.

***

Hüquq müdafiəçisi Oqtay Gülalıyev Mehman Qələndərovla bağlı yeni məlumat paylaşıb:

“Onun intiharı barədə məlumatı ictimailəşdirdikdən sonra mənə çoxsaylı müraciətlər və zənglər, eyni zamanda təzyiqlər edilir. Önəmlisi odur ki, aldığım məlumatlara görə Penitensiar Xidmətin Mehmanın hazırda öz kamerasında sağ- salamat olması ilə bağlı yaydığı biabırçı yalan məlumatdan sonra onun nəşinin yaxınlarına verilməsindən imtina olunub (!?). Hökümət Mehman Qələndərovu gizlicə dəfn etmək istəyir (!?). Mehmanın atası, anası və öz ailəsi yoxdur. Qohumlarına ciddi təzyiqlər var və onlar nəzarət altındadır. Hətta əldə etdiyim məlumata görə ona yas vermək də qadağan olunub. Bütün bunlar isə Mehmanla bağlı bu gün sosial şəbəkələrdə onun müəmmalı intihar xəbərinin yayılması və Penitensiar Xidmətin biabırçı təkzibidir. Hökümət təkzibinin girovuna çevrilib. İstəyir ki, Mehman haqqında heç kim heç nə yazmasın və soruşmasın. Bu olayı gizlicə yola versin. Əslində baş verənlər- ölümün təkzibi, nəşin verilməməsi, gizlincə dəfn istəyi, qohumlara və bizlərə təzyiq Mehmanın intihar olayının arxasında daha ciddi məqamların dayandığını deməyə əsas verir”.

***

Mehman Qələndərovun bacısı Mərziyyə xanım qardaşının intihar etdiyini “Amerikanın səsi”nə təsdiq edib.

“Biz hələ intiharın səbəbini bilmirik. Həyat yoldaşım onun cəsədini morqdan götürmək üçün gedib”, o qeyd edib.

Mehman Qələndərov Milliyyətçi Demokrat Partiyasının fəalı olub.

Milliyyətçi Demokrat Partiyasının sədri Qələndər Muxtarlı “Amerikanın səsi”nə deyib ki, bu gün saat 14 radələrində Mehman Qələndərovun cəsədini Sabunçu rayonundakı xəstəxananın morqunda özü görüb:

“Bu gün səhər təcridxanada Mehmanla görüşməli idik. Mənə zəng edib onun rəhmətə getdiyini dedilər. Özüm morqa getdim, onun üzünü açdırdım baxdım, boğazındakı kəndir izlni, bədənindəki zədələri, tikişləri öz gözlərimlə gördüm. Bacısının həyat yoldaşı Yaqub onun cəsədini morqdan götürdü”

***

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsi Mehman Qələndərovun təcridxanada öldüyü barədə yayılan xəbəri təkzib edib.

“1 saylı Bakı İstintaq Təcridxanasının rəhbərliyi ilə əlaqə saxlamışıq. Bildirib ki, yayılmış məlumatlar tam yanlış və yalandır. Mehman Qələndərov sağ-salamatdır. Heç bir şikayəti də yoxdur” – deyə, ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı “Amerikanın səsi”nə bildirib.

***

Siyasi motivlərlə həbs edildiyi bildirilən Mehman Qələndərov Kürdəxanı İstintaq Təcridxanasında ölüb. Onun özünü asaraq, intihar etdiyi deyilir. Hadisə aprelin 28-də baş verib.

M.Qələndərov sosial şəbəkələrdə fəal tənqidçi mövqeyi ilə fərqlənib, etiraz aksiyalarının fəal iştirakçısı olub. Ötən il Konstitusiyaya edilən dəyişikliyə etiraz əlaməti olaraq, Tbilisidə Azərbaycan səfirliyi önündə keçirilən “Biz kral istəmirik!” aksiyasının təşkilatçılarından və iştirakçılarından biri olub. O, “heykəl məhbusları” Qiyas İbrahim və Bayram Məmmədova azadlıq tələbilə H.Əliyevin heykəli önündə aksiya da keçirmişdi.

M.Qələndərov 2005-ci il parlament seçkilərində Sabunçu seçki dairəsindən deputatlığa namizəd də olub.

M.Qələndərov bu ilin 7 fevralında, Tbilisidən Bakıya qayıtdıqdan sonra narkotik ittihamı ilə həbs olunub. Barəsində 3 ay həbs-qətimkan tədbiri seçilmişdi.

M.Qələndərov Tbilisidə “Biz kral istəmirik!” aksiyasında (ortada, əlində vicdan məhbusu Seymur Həzinin fotosunu tutub)

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL