Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Saytlar niyə bloklanıb? Məhkəmə biabırçı faktlarla başladı FOTO VİDEO

Tarix:2-05-2017, 08:05 Baxış Sayı:215

Saytlar niyə bloklanıb? Məhkəmə biabırçı faktlarla başladı FOTO VİDEO

Sən demə, ölkədə baş verən intiharlar, sosial-iqtisadi böhran, mitinq müzakirələri haqda xəbərlər yaymaq, Azərbaycan oxucusunu xarici medianın İlham Əliyevi “diktator” adlandırmasından xəbərdar etmək “dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına” təhdid yaradırmış. Hər halda, Baş prokuror Zakir Qaralov belə hesab edir. Ona görə də “Azadlıq” qəzetinin “azadliq.info”, “Azadlıq” radiosunun “azadliq.org”, Meydan.TV-nin, “Azərbaycan saatı” televiziya proqramının və “Turan TV”nin saytlarında yayımlanan bu qəbildən materialları yığıb, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə göndərib ki, həmin saytlara ölkə ərazisindən giriş məhdudlaşdırılsın.

Yuxarıda adları çəkilən saytlara girişin bloklanması tələbi ilə məhkəməyə müraciət edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Bəxtiyar Məmmədov mayın 1-də məhkəmədə bu haqda bildirib.

Əslində, saytlara girişin məhdudlaşdırılması üçün məhkəməyə ərizə ilə nazirliyin nəzdində fəaliyyət göstərən Elektron Təhlükəsizlik Mərkəzi müraciət edib.

Səbail Rayon Məhkəməsində hakim Nurəddin Bağırovun sədrliyi ilə keçirilən iclasda həm nazirliyin nümayəndəsi Bəxtiyar Məmmədova, həm də Elektron Təhlükəsizlik Mərkəzinin nümayəndəsi iştirak edirdi.

Bloklanması tələb olunan saytlardan “azadliq.info”nu Səməd Rəhimli, “azadliq.org”u vəkil Adil İsmayılov, “meydan.tv”ni vəkil Elçin Sadıqov, “Azərbaycan saatı” və “Turan TV”ni isə Cavad Cavadov təmsil edirdi.

Elçin Sadıqov bildirib ki, bir halda ki, ərizəni Elektron Təhlükəsizlik Mərkəzi verib və bu qurumun nümayəndəsi də iştirak edir, nazirlik bu işdə tərəf ola bilməz. Hakim deyib ki, məhkəmə özü nazirliyi cəlb edib. Vəkil də bildirib ki, bu halda, məhkəmə öz qərarı haqda maraqlı tərəflər olan saytları da məlumatlandırmalıydı.

Hakim daha sonra ərizəçinin əsl iddiaçı ilə əvəz olunması haqda qərar qəbul edib. Əsl iddiaçı isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi olub.

Daha sonra Nazirliyin nümayəndəsi Bəxtiyar Məmmədov tələblərini əsaslandırarkən bildirib ki, Zakir Qaralovun imzası ilə martın 27-də nazirliyə məktub daxil olub. Məktubda göstərilib ki, sözügedən saytlarda ölkənin konstitusion quruluşunun zorla dəyişdirilməsinə, destruktiv hərəkətlərə çağırış, radikal dini qrupların təbliğinə yönəlik materiallar yayımlanır. Həmin materiallar dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yaratdığına görə təxirəsalınmaz tədbir görülməsi istənilib.

Nazir Ramin Quluzadə də prokurorluqdan gəlmiş bu məktub əsasında elə həmin gün təxirə salınmadan tədbir görüb – ölkə ərazisində həmin saytlara giriş məhdudlaşdırılıb.

Nazirlik təmsilçisinin sözlərinə görə, mayın 27-də prokurorluqdan gələn məktuba saytlarda gedən konkret məqalələr də əlavə olunub. Bəxtiyar Məmmədov məqalələrin surətini saytların nümayəndələrinə təqdim edib.

Amma saytların maraqlarını təmsil edən vəkillər heç bir hüquqi təsdiqi olmayan vərəqlərin sübut kimi qəbul olunmasına etiraz ediblər. Bildiriblər ki, əvvəla, Baş Prokurorun məktubundan qoşma yoxdur. Əgər sözügedən yazılar məktubda yazılanları əsaslandırmaq üçün sübutdursa, mütləq qoşma olmalıydı. İkincisi, o yazıların necə, hansı şəraitdə çıxarılması da məlum deyil.

Əəsası, nazirliyin nümayəndəsi deyir ki, yazılar da prokurorluqdan məktubla birlikdə martın 27-də onlara daxil olub, onlar da prokurorluğun mövqeyinə əsaslanıb, saytları bloklayıblar. Halbuki, yazılar arasında martın 27-dən sonra yayımlanan materiallar var. Bu necə ola bilər? Konkret nümunə də var, “azadliq.info”da martın 28-də yayımlanan “Xalq, mən varam” başlıqlı məqalə.

Nazirliyin nümayəndəsi bu ziddiyyəti əsaslandıra bilməyib.

Yazıları nəzərdən keçirərkən məlum olub ki, “opendemocracy”, “freedom house” kimi təşkilatların yayımladığı, Azərbaycanda diktatura hökm sürməsi haqda materialın Azərbaycan dilinə tərcüməsini də “dövlətçilik maraqlarına təhdid” görürlər.

Yaxud “Azadlıq” radiosunun “Son iki gündə dörd nəfərin özünü öldürdüyü deyilir” başlıqlı məqaləsi də sən demə, “dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid” imiş.

Adil İsmayılov ərizəçi tərəfin nəzərinə çatdırıb ki, qanuna görə, məhdudlaşdırma qərarından əvvəl sayta xəbərdarlıq olunmalıydı. Amma belə bir xəbərdarlıq yoxdur.

Adil İsmayılovun suallarına cavablardan müəyyənləşib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Baş Prokurorluqdan daxil olan məktubla kifayətlənib, özləri heç bir araşdırma aparmadan Qaralovun fikri ilə elə həmin gün bloklama qərarı veriblər.

“Prokurorluq kimisə ittiham edir, məhkəməyə göndərir. Amma məhkəmə o adamın təqsirsiz olduğu qənaətinə gəlir, adama bəraət verir. Prokurorluğun yazdığı Quran əyəsi deyil ki… Siz niyə araşdırma aparmamısız?”, – deyə vəkil Adil İsmayılov soruşub.

İddiaçının nümayəndəsi bildirib ki, prokurorluğun əsaslandırması ilə kifayətləniblər.

Vəkil Elçin Sadıqov soruşub ki, əgər nazirlik martın 27-də bloklama qərarı veribsə, bəs niyə nazirliyin mətbuat xidməti ondan sonrakı günlərdə mətbuata açıqlamasında saytların açılmasında yaranmış problemin nazirliklə heç bir əlaqəsi olmadığını bildirib yalan informasiya verirdi?

Bəxtiyar Məmmədov bildirib ki, o, bu suala cavab verə bilməyəcək, sualı mətbuat xidməti özü cavablandıra bilər.

Bundan əlavə, məlum olub ki, başqa saytlarla bağlı əsassız olsa da, hansısa yazılar ortaya qoyulsa da, “Turan TV” ilə bağlı ümumiyyətlə heç nə yoxdur.

Tərəflər arasında sual-cavab zamanı o da aydın olub ki, Elektron Təhlükəsizlik Mərkəzində linqvistika məşğul olan mütəxəssislər yoxdur. Ona görə də “azadliq.info”nun nümayəndəsi, vəkil Cavad Cavadov linqvistik ekspertiza təyin olunması, həmçinin prokurorluğun da üçüncü tərəf qismində prosesə cəlb olunması haqda qərar qəbul edib.

“Deyirlər ki, prokurorluğun məktubunu əsas götürüblər. Özləri heç bir araşdırma aparmayıblar. İndi də nə soruşuruq, deyirlər, prokurorluqdur. Ona görə xahiş edirik, prosesə prokurorluq cəlb olunsun, suallarımızı cavablandırsın”, – deyə Cavad Cavadov bildirib.

Hakim Nurəddin Bağırov bildirib ki, həm linqvistik ekspertiza, həm də prokurorluğun prosesə cəlbi məsələsinə növbəti məhkəmə iclasında baxılacaq.

Hakim eyni zamanda, nazirliyin nümayəndəsinə növbəti məhkəməyə qədər sübutları bir daha nəzərdən keçirməyi, iddia tələbini dəqiqləşdirməyi tövsiyə edib.

Məhkəmə mayın 3-də davam edəc

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL