Anons

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Qiyas İbrahimin anası: “Mehman Qələndərovun ölümündən sonra yaman qorxuram…”

Tarix:5-05-2017, 08:20 Baxış Sayı:205

Qiyas İbrahimin anası: “Mehman Qələndərovun ölümündən sonra yaman qorxuram…”

“Çox narahatam, təsəvvürəgəlməz dərəcədə narahatam. Gecəni heç yatmıram. Gözümü yumuram, hamısı gəlib gözümün qabağında dayanır. Qorxuram kiməsə, nəsə olar. Səhər kiminsə haqqında nəsə eşidəcəm qorxusuyla yatıram”.

“Heykəl məhbusu” kimi tanınan iki məhbusdan biri, narkotik ittihamıyla 10 il azadlıqdan məhrum edilən Qiyas İbrahimovun anası Şura Əmiraslanova belə deyir. Ana oğlunun zəng vurmadığı günlərdə səksəkə içində yaşadığını, vəkilə, Penitensiar Xidmətə zəng vurduğunu söyləyir.

Onun Azadlıq Radiosuna müsahibəsini təqdim edirik.

– Şura xanım, bir neçə gün qabaq Bayram Məmmədov vəkili vasitəsilə xəbər göndərdi ki, cəzaçəkmə müəssisəsində onun fiziki məhvinə çalışırlar, ona təzyiq göstərirlər, üstəlik, saxlanma şəraiti də pisdir. Qiyasın vəziyyəti necədir? Ona təzyiqlər varmı? Saxlanma şəraiti necədir?

– Bir dəfə özüylə söhbət etdim ki, Qiyas, saxlanma şəraitin necədir, nə vəziyyətdədir, mənə konkret dedi: “Ana, elə bil, pis şəraitli kirayə evdə qalırsan, ikiadamlıq balaca otaqdır”. Ancaq ordakıların Qiyası incitməyi, haqsızlıq etməyi haqda eşitməmişəm. Bəlkə də… Amma davranışında, görkəmində elə bir şey hiss etməmişəm. Nə bilim, bəlkə bundan sonra acıqla edəcəklər? Hələ ki belə bir şey yoxdur. Sabah görüşəcəm onunla. Olanlar haqda soruşacam ki, oğlum, sənə də təzyiq varsa, gizlətmə, siyasi məhbus Mehman Qələndərov Kürdəxanı həbsxanasında necə deyim… intihar etdi. Yəni belə şeylər var, ona da təzyiq varsa, desin bizə, sonrakı peşmançılıq fayda vermir. Gərək Elçin Sadıqova da deyim, bu haqda o da Qiyasla söhbət etsin.

– Deyəsən, son hadisələrdən sonra narahatsınız?

– Çox narahatam, təsəvvürəgəlməz dərəcədə narahatam. Gecəni heç yatmıram. Gözümü yumuram, hamısı gəlib gözümün qabağında dayanır. Qorxuram kiməsə, nəsə olar. Səhər kiminsə haqqında nəsə eşidəcəm qorxusuyla yatıram.

– Nədən qorxursunuz?

– Hər şeydən qorxuram. Bu gün belə işlər varsa, sabah, əlbəttə, hər şey ola bilər. Qorxuram. Mehman Qələndərovdan sonra daha çox qorxuram. O da siyasi məhbus idi. Ona etdilərsə, bunlara da edərlər. Bayrama deyirlər ki, ulu öndərin heykəlini təhqir etmisən, ona görə hər zaman təhqir olunacaqsan. Bu adama 10 il iş vermisən, haqsız yerə cəzalandırmısan, belə çıxır ki, bununla da ürəkləri soyumur, uşaqlara işgəncə verirlər. Bayram xəstədir, sağalması üçün iş görmürlər, əksinə ona təzyiqləri artırırlar. Bu, böyük haqsızlıqdır… Ölkə bərbad vəziyyətdədir. Kimisə nədəsə günahlandırdıqları yetmir, bu gün övladlarımız, qardaşlarımız haqsız yerə türmədə öldürülür. Sabah bu mənim övladımın da başına gələ bilər. Niyə qorxmamalıyam ki? Hər dəqiqə o qorxuyla oturub-dururam. Düzdür, uşağımın yanında çox danışmasam da, qorxu içində yaşayıram. Mehman Qələndərovdan sonra daha çox qorxuram. İnanın ki, Qiyas zəng etməyən gün vəkili Elçin Sadıqova, Penitensiar Xidmətə zəng vururam, “Uşağımdan bir xəbər yoxdur, zəng etməyib” deyirəm. Həmin günlərdə ancaq onu fikirləşirəm ki, Qiyasa nə oldu görəsən, birdən karsa salarlar xəbərim olmaz. Hər şeydən qorxuram.

– Karsa salıblar?

– Yox, olmayıb. Bir dəfə özündən soruşdum ki, filankəsləri karsa salıblar, səni də salıblarmı? Güldü, dedi ki, ana, “mən neynirəm karsa salsınlar?” Amma hər şey ola bilər.

– Bu narahatlığınızla bağlı rəsmi qurumlara, Ombudsman aparatına və ya beynəlxalq qurumlara müraciət etməmisiniz?

– Ombudsman aparatından heç nə gözləmirəm. İndiyəcən neyləyib? Hansı gerçəyin arxasında dayanıb? Amma beynəlxalq təşkilatlar sağ olsunlar, sözlərini deyirlər, neynəsə onlar edir yenə. Bizim ombudsmandansa umacağım yoxdur, yalandan nə deyim ona?..

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL