Anons

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

İki uşağı yetim qoyan sürücünün cəzası - CƏMİ 180 MANAT - FOTO

Tarix:5-05-2017, 12:50 Baxış Sayı:187

İki uşağı yetim qoyan sürücünün cəzası - CƏMİ 180 MANAT - FOTO

Dünən Bakıxanov qəsəbəsində "Porsche Cayenne Magnum" markalı avtomobillə gənc qızın həyatına son qoyan qəza mövcud hüquq sistemində boşluqları yenidən aktual etdi.
 
Qəzanı törətməkdə şübhəli bilinən Ağaəli Fərəcovun yaşının 14 olması onu cinayət məsuliyyətindən xilas etdi. Şübhəli bilinən şəxsin atası Fizuli Fərəcov mətbuata açıqlamsında kinayə ilə oğlunun məsuliyyətə cəlb olunmayacağını bildirdi. 
 
Mövzu ilə bağlı femida.az-a şərh verən vəkil Asif Abdullayev qeyd edib ki, 14 yaşlı şəxsin cinayət məsuliyyətinə cəlb olunub-olunmaması Cinayət Məcəlləsinin 20.2.-ci maddəsində əks olunub. Həmçinin o, bu bəndin məntiqsiz məzmunda ifadə olunduğunu da bildirib. 
 
" Həmin maddədə 14 yaşına çatmış şəxsin hansı cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilə bildiyi göstərilib. 
Maddənin məntiqsizliyi ondan ibarətdir ki, avtomobili zədələdiyinə, kiminsə avtomobilini qanunsuz ələ keçirdiyinə və yaxud avtomobil yolunu yararsız hala saldığına görə 14 yaşlı şəxs cinayət məsuliyyətinə cəlb edilə bilər, amma avtomobillə adam vurub öldürmüş 14 yaşlı şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz."
 
Cinayət Məcəlləsinin 20.2.-ci mddəsinin tam məzmununu aşağıdaki kimidir :
 
"20.2. On dörd yaşı tamam olmuş şəxs yalnız qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurmağa, adam oğurlamağa, zorlamağa, seksual xarakterli zorakılıq hərəkətlərinə, oğurluğa, soyğunçuluğa, quldurluğa, hədə-qorxu ilə tələb etməyə, talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirməyə, ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv etməyə və ya zədələməyə, terrorçuluğa, adamları girov götürməyə ağırlaşdırıcı hallarda xuliqanlığa, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talamağa və ya hədə-qorxu ilə tələb etməyə, narkotik vasitələri və ya psixotrop maddələri talamağa və ya hədə-qorxu ilə tələb etməyə, nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salmağa görə cinayət məsuliyyətinə cəlb edilir."
 
Təbii ki, qanunverici tərəfindən nəqliyyat vasitəsi ilə qəza törətməni ehtiyatsızlıqdan törədilən cinayət olduğu üçün həmin maddəyə daxil edilmədiyini hesab etmək olar. Amma hər bir halda, cinayət məcəlləsinin 20.2.-ci maddəsində əks olunan bəzi cinayətlərlə müqayisədə, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin ictimai təhlükəlilik dərəcəsi çox yüksəkdir. Bunlar nəzərə alınmalıdır.
 
Ekspert Ərşad Hüseynov açıqlamasında məsələnin digər tərəfinə aydınlıq gətirib. Şəxsin ölümü ilə nəticələnmiş qəzada avtomobilin sahibini hansı cəza gözləyir?
 
Ekspert qanuna istinad edərkən qeyd edir ki, burada sürücünün avtomobilini bilərəkdən verdiyi sübut olunsa, sadəcə olaraq, cərimə oluna bilər. 
 
"Bu cərimənin də miqdarı cəmi 180 manatdır. Bir də mülki qaydada dəymiş ziyanın ödənilməsi tələb oluna bilər. Burada tərəfin cinayət məsuliyyətə cəlb edilməsindən söz gedə bilməz", - deyə ekspert bildirib. 
 
 
 
 
 
скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL