Anons

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

ATƏT-in konfransında saytların bloklanmasından danışılıb

Tarix:11-05-2017, 08:04 Baxış Sayı:219

ATƏT-in konfransında saytların bloklanmasından danışılıb

Dünən, mayın 10-da Tbilisidə ATƏT-in ənənəvi illik 14-cü media konfransı kecirildi. Konfransın mövzusu “Saxta məlumatlar, dezinformasiya və KİV azadlığı” adlanır.

Tədbirdə əsas diqqət Azərbaycan, Ermənistan və Gürcüstanda media sahəsindəki problemlərə yönəlib.

Konfrans ATƏT-in KİV-də təbliğat problemlərinə həsr olunan 2015-ci il Vyana konfransının davamıdır və informasiya məkanında manipulyasiya probleminin dərinləşməsini xarakterizə edir.

“KİV xəbərlərdə dəqiqlik və dürüstlüyü əsas götürməli, təbliğata yol verməməlidir”, – ATƏT-in KİV azadlığı üzrə Bürosunun icraçı direktoru Frane Maroeviç konfransın açılışında bildirib. O deyib ki, konfransın yekununda mövzuya aid tövsiyələr təqdim olunacaq.

ATƏT-də sədrlik edən Avstriyanın səfiri Arad Benko deyib ki, məqsəd KİV-in müstəqilliyinin gücləndirilməsindən ötrü hökumətlə media arasında kommunikasiyaya nail olmaqdır.

Avropa Jurnalistlər Federasiyasının vitse-prezidenti Nadejda Ajqixina cəmiyyətdə mətbuata olan inamın möhkəmləndirilməsindən ötrü federasiyanın tövsiyələrini açıqlayıb.

Tövsiyələr…

“Hesab edirik ki, jurnalistlər həqiqət prinsipinə əməl etməli, müstəqil olmalı və öz hərəkətləri ilə başqasına zərər vurmamalıdır. Həmçinin, KİV-də və cəmiyyətdə özünütənzimlənməni inkişaf etdirməli, düşmənçiliyə qarşı kampaniya aparmalı, araşdırma jurnalistikası təcrübəsini inkişaf etdirməlidir”, – o bildirib.

Tədbirə qatılan Litva Jurnalistlər İttifaqının rəhbəri Dayniyus Radzeviçiyus isə bunları deyib:

“Təbliğatın və yalanın qarşısının alınması üzrə tədbirlərin vacibliyi, həm də hökumətlərin jurnalistlərə nəzarət etmək, onların fəaliyyətini yönləndirmək istəyi nəticəsində formalaşan aqressiv mühitin gücləndirilməsindən irəli gəlir”.

Gürcüstanın xarici işlər nazirinin müavini Xatuna Totladze isə öz çıxışında gürcü hökumətinin ifadə azadlığına bütün aspektlərdə dəstək verdiyini bildirib. O, deyib ki, ölkəsi rəqəmsal yayım sahəsində bütün beynəlxalq ölçülərə əməl edir. Gürcüstan bu sahədə, artıq örnəyə çevrilib.

Xatuna Totladze ölkəsində internet azadlığına da təminat verildiyini, bunun bütün hesabatlarda öz əksini tapdığını qeyd edib. Nazir müavini bununla yanaşı beynəlxalq qurumların bütün tövsiyə və çağırışlarına açıq olduqlarını vurğulayıb.

Həbsdə olan jurnalistlər, bloqqerlər

Azərbaycandan hüquqşünas Ələsgər Məmmədli də həbsdə olan jurnalistlər, bloqqerlər haqında danışıb. Azərbaycanda böhtan və təhqirə görə, cinayət cəzalarının tətbiqinin yenidən işə düşdüyünü bildirən Ə.Məmmədli bloqqer Mehman Hüseynovun, jurnalist İkram Rəhimovun məhz böhtana görə, həbs edildiklərini deyib.

Saytların bloklanması

O, tənqidi məzmunlu media qurumlarının internet saytlarının bloklanması barədə məhkəmə təşəbbüsünə də toxunub.

Hökumət təmsilçilərindən Prezident Administrasiyasının nümayəndəsi Kamran Həsənov isə deyib ki, Azərbaycanda medianın fəaliyyətindən ötrü bütün gərəkli şərait mövcuddur. Onun deməsinə görə, hökumət ortaya çıxan problemlərin çözülməsi məqsədi ilə gərəkli addımları atır.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL