19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
Beynəlxalq Valyuta Fondunun 18 il əvvəl dediyini hakimiyyət niyə qəbul etmədi?
Azərbaycan Beynəlxalq Bankı (ABB) 3.3 milyard dollara çatan xarici borclarını ödəməkdə çətinlik çəkir. Bankın ödənilməsi gecikmiş borcları artıq 908 milyon dollardır. Bank bunu nəzərə alaraq, kreditorların banka qarşı məhkəmə iddialarının dayandırılması və onun ABŞ-dakı hesablarına toxunulmaması ilə bağlı ABŞ məhkəməsinə müraciət edib. Müraciətdə deyilir ki, ABŞ-dakı hesablara girişin itirilməsi bankın öz fəaliyyətini davam etdirməsinə təhlükə yaradacaq.
Beynəlxalq bankın sağlamlaşdırılmasına hökumətin milyardlarla manat xərcləməsinə baxmayaraq bankın vəziyyəti hələ də kafi deyil. Buna səbəb pis idarəetmə və bankın külli miqdarda pullarının korrupsiya yolu ilə mənimsənilməsidir. Dövlət bankının aldığı xarici borclar ayrı-ayrı şəxslərin cibinə gedib. Yaradılan korrupsiya sxemlərinin bir hissəsi ilə Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin məhkəmə işi zamanı tanış olmuşuq.
ABB ölkənin əsas maliyyə institutlarından biri olduğu və aktivlərinin 80%-ə yaxınının dövlətə məxsus olduğu üçün bu vəziyyət həm də ölkənin maliyyə sisteminə etibarı azaldır. Bankın gələcəkdə defoltla üzləşməsi Azərbaycan iqtisadiyyatında ciddi sarsıntılara səbəb ola bilər.
Bu gün problemin bu səviyyəyə çatmasındakı əsas səbəblər hökumətin uzun müddət Beynəlxalq Valyuta Fondunun (BVF) çağırışlarını qulaqardına vuraraq Beynəlxalq Bankı özəlləşdirməkdən imtina etməsi və xarici kapitalın ölkənin maliyyə sisteminə axınının qarşısını almasıdır. Məsələn, BVF 1999-cu il hesabatında Azərbaycan hökümətinin özəlləşdirmə proqramını canlandırmağa təşviq edib. Həmçinin bank sistemində xarici kapitala qoyulan məhdudiyyətlərin yüngülləşdirilməsi məsləhət bilinib.
Tövsiyyələrə əməl olunmadığı üçün bu hesabatdan 9 il sonra, 2008-ci ildə BVF-nin yeni hesabatında da bu məsələlər aktual olaraq qalıb:
“Hökumət Kapital Bankın özəlləşdirilməsini başa çatdırmalı və Azərbaycan Beynəlxalq Bankını özəlləşdirməyə hazırlaşmalıdır. Kiçik bankları birləşməyə təşviq etməklə maliyyə sektorunda rəqabəti artırmalı və xarici bankların bazara daxil olmasına icazə verməlidir.”
Beləcə, uzun illər BVF hökümətə çağırış edib ki, Beynəlxalq Bank özəlləşdirilməli və xarici bankların ölkəyə gəlişinə icazə verilməlidir. Ancaq hökumət bu məsələlərdə həmişə dirəniş göstərib. Məqsəd isə inhisar rıçaqlarını əldən verməmək, xarici bankların ucuz kreditlərinin qabağını alaraq əhaliyə yüksək faizlərlə borc verib daha çox qazanmaq olub. Ölkənin əsas bankları hakim ailəyə məxsus olduğu üçün deyə bilərik ki, burda qazanan Əliyevlər ailəsi, itirən isə xalq olub.