Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Danimarkalı xadimə bizim professordan 6 dəfə artıq qazanır

Tarix:19-06-2017, 13:20 Baxış Sayı:163

Danimarkalı xadimə bizim professordan 6 dəfə artıq qazanır

Yaxın günlərdə Nazirlər Kabineti ölkədə elm adamlarının maaşlarının artırılması haqqında qərar verdi. Yeni qərara əsasən ölkənin bütün elm sahələrində çalışan alimlərin maaşlarına elmi dərəcəsinə görə 30-100 manata arasında əlavələr ediləcək. Artımların məbləği iş stajı və ixtisas üzrə çalışma əsasında müəyyənləşəcək. Bir ölkədə elmin qiymətləndirilməsindən gözəl nə ola bilər ki… Amma gəlin baxaq, bu artım elm adamlarının həyatını yaxşılığa doğru nə dərəcədə dəyişəcək? Nəzərə alsaq ki, yeni artım elmlər doktoruna 50 manat (bilavasitə ixtisası üzrə çalışanlara 100 manat), dosent elmi adına görə iş stajı 5 ildən 10 ilə qədər olanlara 25 manat məbləğində müəyyənləşir, məsələ aydınlaşır. Milli Elmlər Akademiyasında elmi katib, dosent, fəlsəfə doktoru olan bir elm adamı indiyə qədər 455 manat maaş aldığını deyirsə, bu artımla onun qazancı lap özünü öldürsə, olacaq 500 manat. Akademiya işçilərinin maaşlarının 140-600 manat arasında dəyişdiyini də götürsək, yeni artımla maaşların möcüzə yaradacaq dərəcəyə gəlib çatması gözlənilmir. Kimsəyə sirr deyil ki, AMEA-da aylıq rütbə maaşları 1200- 850 manat olan həqiqi və müxbir üzvlərdən başqa hər kəs maaşından narazıdır. İndi dünya ölkələrindən nümunələr gətirib, müqayisəni ixtiyarınıza buraxacağam ki, alimlərimiz onlara verilən dəyərdən niyə narazıdır…

Elə başlayaq Amerikadan. Bizim maksimum 1000 manat maaş alan professorlardan fərqli amerikan professorun orta illik maaşı 113 min dollardan artıq, aylıq təxminən 10 min dollardır. Dosent maaşı orta illik 78 min, yardımçı dosent maaşı isə 66 min dollardır. Araşdırmaçı alimlərin qazancı fəaliyyət sahəsinə görə dəyişir. Onların orta illik qazancı bəzən 138 min dollara qədər çatır. Bu da aylıq təxminən 12 min dollar deməkdir. Ölkədə professorlara illik ən çox maaş ödəyən universitet 198 min 400 dollarla Harvarddır. İkinci sırada 197 min 800 dollarla Kolumbiya, üçüncü sırada eyni maaşla Çikaqo universiteti gəlir.
Elm adamlarına yüksək maaş ödəyən ölkələrdən biri də Danimarkadır. Burada professorun aylıq qazancı 10 min dollardır. Dosent və araşdırmaçı alimin maaşı isə aylıq 7-8 min dollar arasında dəyişir. Ölkədə universitet rektoru 22 min, prorektor 19 min, dekan 17 min, dekan müavini 14 min dollar qazanır. Maraqlı fakt odur ki, Danimarkada 3 min dollar maaş alan adi xadimənin aylıq qazancı belə, bizim ən yüksək dərəcə maaşı alan akademiklərin qazancından 1000 dollar artıqdır.

Türkiyədə də elm adamlarının maaşları bizdən xeyli yüksəkdir. Builki rəqəmlərə görə, qardaş ölkədə orta aylıq professor maaşı 2 min dollardır. Araşdırmaçı alimin maaşı 1000 dollardan artıq, universitet rektorlarının maaşı 2 200 dollar, dekanların maaşı 2 min dollar, dosentlərin maaşı 1, 490 dollar, yardımçı dosentlərin maaşı isə 1 200 dollar nisbətində dəyişir.
İnkişaf etmiş digər Avropa ölkələrində də maaşlar bizimlə müqayisə olunmazdır. Professor maaşları Kanadada aylıq 7,196 dollar, İtaliyada 6,955 dollar, İngiltərədə 5,943 dollar, Hollandiyada 5,313 dollar, Almaniyada 5,141 dollar, Norveçdə 4,940 dollardır.

Başqa maraqlı fakt da odur ki, xarici ölkələrin bir çoxunda orta məktəb müəllimlərinin maaşları belə bizim yüksək elmi dərəcəli alimlərin maaşlarından xeyli yüksəkdir. Məsələn, Lüksemburqda müəllimlərin illik maaşı 50, 175 avrodur. Bu rəqəm iş stajına görə 64,819,- 98,763 avro arasında dəyişir. Amerikada müəllimlər aylıq 3 min dollara qədər maaş alırlar. Almaniyada da müəllimlərin maaşı 2-3 min dollar arasında dəyişir. Böyük Britaniyada müəllimlər ortalama 5 min dollar, Avstraliyada müəllimlər ayda təxminən 2500 dollar, Fransada iş stajından asılı olaraq 1100-2 500 dollar maaş alırlar.

Müqayisəni gördünüz. Gerisini düşünüb, özünüz nəticə çıxarın. Elmə dəyər verən ölkələrin nədən inkişaf etdiyinin sirri də elə burdadır…

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL