Anons

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Bakıda “KamAZ” qəzaya düşdü, yol bağlandı

Tarix:16-05-2017, 08:04 Baxış Sayı:227

Bakıda “KamAZ” qəzaya düşdü, yol bağlandı

Bakının Ziya Bünyadov prospektində yük maşını qəzaya uğrayıb. APA-nın məlumatına görə, “KamAZ” markalı qoşqulu yük avtomobili prospektlə hərəkətdə olarkən sürücü idarəetməni itirib. Avtomobil tuneldə yol ayrıcına çırpılıb, zərbənin gücündən qarşı hərəkət zolağına keçib və hərəkətin əksinə təxminən 100 metr irəliləyib, yolun ortasında qoşqusu aşıb. Yol ayrıcına çırpıldıqdan sonra “KamAZ”ın daşıdığı taxtalar tunelə dağılıb. Qəza zamanı yük maşını prospektlə hərəkətdə olan digər avtomobillərə çırpılmayıb. Lakin yol təsərrüfatına ziyan dəyib. “KamAZ”ın aşan qoşqusu Ziya Bünyadov prospektində əsas yolu bağlayıb və yolda hərəkət tam dayanıb. Nəticədə köməkçi yollarda uzun tıxac əmələ gəlib.

Hadisə yerində Dövlət Yol Polisi və “Azəravtoyol” ASC-nin Yolların mühafizəsi xidmətinin əməkdaşları cəlb edilib. Yolu bağlayan qoşqu qaldırıcı kran vasitəsilə yoldan götürülüb. Tunelə dağılmış taxtalar da yığışdırıldıqdan sonra prospektdə avtomobillərin normal hərəkəti tədricən bərpa edilib.

“KamAZ”ın sürücüsü qəzadan dərhal sonra hadisə yerini tərk edib. Hadisə yerinə yük maşınının sahibi gəlib. Məlikov Akif Eyvaz oğlunun sözlərinə görə, avtomobil ona məxsus olsa da, hadisə zamanı sükan arxasında sürücü olub.

Faktla bağlı araşdırmalara başlanılıb. Yol polisi qəza törədən, yol infrastrukturuna ziyan vuran və hadisə yerindən qaçan sürücünü axtarır. Yol təsərrüfatına dəymiş ziyanın məbləği dəqiqləşdirilir.

Amir Nur

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL