Anons

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Londonda çoxmərtəbəli yaşayış binasını alov bürüyüb

Tarix:14-06-2017, 11:17 Baxış Sayı:219

Londonda çoxmərtəbəli yaşayış binasını alov bürüyüb

Londonun qərbində çoxmərtəbəli yaşayış evi yanır, alov demək olar ki, bütün binanı bürüyüb. Şahidlər iddia edir ki, evlərdə insanlar sıxışıb qalıb.

Lancaster West Estate-də yerləşən Grenfell Towerdə yanğının başlaması barədə məlumat Britaniya vaxtilə saat 00:54-də yayılıb.

Saat 04:00-da polis deyib ki, “sakinlərin binadan təxliyəsi davam edir”.

Təxminən 200 yanğınsöndürən hələ də hadisə yerində yanğının söndürülməsi üçün çalışır.

Şəhər polisi bildirib ki, insanlar “bir sıra zədədən” müalicə olunub.

BBC-nin əməkdaşı Andy Moore-un sözlərinə görə, bütün bina alovun içindədir və binanın aşmaq təhlükəsi barədə qorxular var.

BBC-nin müxbiri Simon Lederman bildirib ki, onun başa düşdüyünə görə, “xeyli insan” itkin düşüb.

Hadisə şahidləri deyir ki, onlar binanın yuxarı hissəsində mobil telefonlardan və ya məşəllərdən yayıldığı ehtimal edilən işıqlar görüblər.

Digər şahidlər iddia edir ki, içəridə sıxışıb qalan sakinləri pəncərədə görüblər.

Simon Lederman deyir ki, yanğınsöndürənlər yuxarı mərtəbələrdəki alovu söndürə bilməyib.

Onun sözlərinə görə, yanan bina “kilometrlərlə məsafədən” görünür və bina onuncu mərtəbədən başlayaraq “nəzarətdən kənar yanır”.

Grenfell Tower FireFotonun müəllifiREUTERSImage captionSmoke could be seen from miles away

London Yanğınsöndürmə Briqadasının köməkçi komissarı Dan Daly bildirib ki, “yanğınsöndürənlər çox çətinliklə və ağır şəraitdə yanğının söndürülməsi üçün çalışır”.

London Təcili Tibbi Yardım Xidmətinin xüsusi təlim keçmiş xilasetmə tibbi yardım işçiləri də hadisə yerinə göndərilib.

“A40 Westway” hər iki istiqamətdə bağlanıb. London Metrosu bildirib ki, bəzi xətlər dayandırılıb.

Məlumata görə, 24 mərtəbəli binada 120 mənzil var. Əmlakının idarə edilməsi şirkəti ilə hələlik əlaqə saxlamaq mümkün olmayıb.

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL