19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
Ötən gecə, Bakının Heydər Əliyev prospektində Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus “Mercedes Galendewagen” markalı, 10 PP 203 dövlət nömrə nişanlı avtomobillə törədilmiş dəhşətli qəzada ölən və yaralananların adları polis tərəfindən açıqlanıb. Nərimanov rayon Polis İdarəsindən bildiriblər ki, qəza nəticəsində “Mercedes Gelandewagen” markalı avtomobilin sürücüsü Mehdi Əliyev və piyada Vaqif Əsədov həlak olublar.
Criminal.az saytı xəbər verir ki, hadisə baş verən zaman yol kənarında duran daha iki piyada, Türkiyə vətəndaşları – Mutallib Tekiş və Songül Tekiş xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər. Qəza hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Bəzi hadisə şahidlərinin bildirdiyinə görə, qəza zamanı avtmobildə baş nazirin müavininin nəvəsi də olub və xəsarətlər alıb, lakin onu tələsik avtomobildən çıxararaq aparıblar. Hələlik, Əli Həsənovun özü və ya ailə üzvlərindən onlara məxsus avtomobillə paytaxtın mərkəzi prospektində yüksək sürətlə hərəkət edərək və yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq törədilmiş, iki nəfərin ölümünə, iki nəfərin yaralanmasına səbəb olan qəza ilə bağlı şərh verən olmayıb.
Sosial şəbəkələrdə Nail Allahverdiyevin (Əli Həsənovun qız nəvəsidir) qəzaya uğrayan avtomobildən başqa daha bir neçə superkarı var, bu ərköyün nəvənin sosial şəbəkələrdə çılpaq qızlarla əylənərkən və xarici ölkələrdəki otellərdə içki məclisləri təşkil edərkən çəkilmiş fotolarına rast gəlmək olur. Belə fotoları bir neçə ay Nail Allahverdiyevin Facebook səhifəsindən götürüb bir çox KİV-lər yaymışdı.
Bu arada PrimeTime.az saytı iddia edir ki, Əli Həsənovun nəvəsi qəzada ağır yaralanıb və hazırda xəstəxanalardan birindədir. Onun qəzaya uğrayan avtomobildə yanğın baş verməzdən əvvəl son anda yerə atıldığı bildirilir. Məsələ ilə bağlı gecə saytlara açıqlama verən Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov ətraflı məlumatının olmadığını bildirib: “Hadisə barədə indicə xəbər tutmuşam. İlkin əldə etdiyim məlumata görə, iki nəfər hadisə yerindəcə keçinib, bir nəfər isə yaralıdır. Daha ətraflı məlumat əldə etməyə çalışıram. Hal-hazırda məndə olan məlumatlar bunlardır”.
O da bildirilir ki, 1995-ci ildə anadan olmuş Nail Allahverdiyev bizneslə məşğuldur, məşhur “Soho” klubunun sahibidir, onun ötən ayın 19-da toy mərasiminin olduğu da məlum olub.