19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
Avqustun 14-də mətbuatda belə bir məlumat yayılıb ki, Ağstafa rayon sakini Elxan Rəhman oğlu Musayev kəsdiyi ağacın altında qalaraq ölüb. İndi bəlli olur ki, ağacın altında qalaraq həlak olan hərbçi imiş və adı da Elxan yox, Rəhmandı – Rəhman Elxan oğlu Musayev. Hadisə isə Daşkəsənda baş verib.
Bu dəqidləşdirməni mərhumun yaxınlarına istinadla MeydanTV yayıb.
“Kəsilən ağacın altında qalan şəxs hərbçi idi. Özü də adı mətbuatda yazıldığı kimi Elxan Rəhman oğlu Musayev yox, 1996-cı il təvəllüdlü Rəhman Elxan oğlu Musayevdir”, – deyə mərhumun yaxınları xəbər verib. Onlar bildirib ki, R.Musayev MAXE olub:
“6-cı ayın MAXE-si idi. Bilmirik bunu ictimailəşdirmək nə qədər düzgündür, amma bizə – yaxınlarına verilən məlumatda qeyd edilir ki, Daşkəsəndə qoruğa nəzarət edirmişlər. Qurumuş ağaclardan qışa odun tədarükü yığanda kəsilən ağac digər bir ağacın budaqlarına dəyərək istiqamətini dəyişib və hərbçilərin üzərinə düşüb. Üç hərbçidən biri hadisə yerində keçinib. Rəhman isə əvvəlcə Gəncə, daha sonra Bakı şəhərində hərbi hospitala aparılıb. Orada komada olub. Avqustun 13-də, saat 15-16 radələrində dünyasını dəyişib. Üçüncü hərbçinin isə qolu sınıb. Rəhmanın boynunun arxasından zərbə aldığı və baş qapağının möhkəm zədələndiyi dəqiqdir”.
Yaxınları R.Musayevin şəhid adı almasını istəyir:
“Türkiyədə terror aktında ölən birisi şəhid adlandırılırsa, Azərbaycanda niyə hərbi qoşun hissələrinin hərbi qulluqçusu verilən əmri yerinə yetirərkən dünyasını dəyişir və şəhid adlandırılmır?”.
Meydan TV hadisənin baş verdiyi Qırılı kənd icra nümayəndəliyi ilə əlaqə saxlayıb. Nümayəndə məzuniyyətdə olduğu bildirilib. İcra nümayəndəsinin müavini Elxan adlı şəxs isə məsələ ilə bağlı açıqlama verə bilməyəcəyini deyib:
“Mən kiməm ki, münasibət bildirim? Bu barədə heç nə danışa bilmərəm”.
Qırılı kənd bələdiyyəsinin sədri Nəsrəddin Məmmədov isə hərbçinin həlak olduğu və kənddə dəfn edildiyi məlumatını təsdiqləyib:
“Ətraflı məlumat verə bilmərəm. Lazımdırsa, gəlin, sizi onun valideynləri ilə görüşdürüm. Onlardan ətraflı məlumat alın”.
Mərhumun “Facebook” hesabında da onun hərbçi olduğu qeyd olunub.
Faktla bağlı Müdafiə Nazirliyi heç bir açıqlama verməyib.