Anons

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

"Qarabağ" İspaniyada tarix yazdı - səfərdə qol vurdu, matç heç-heçə bitdi

Tarix:1-11-2017, 08:46 Baxış Sayı:169

"Qarabağ" İspaniyada tarix yazdı - səfərdə qol vurdu, matç heç-heçə bitdi

Futbol üzrə UEFA Çempionlar Liqasının "C" qrupunda mübarizə aparan Ağdamın "Qarabağ" klubu oktyabrın 31-də Bakı vaxtı ilə saat 23:45-də Madriddəki "Metropolitano" stadionunda "Atletiko" ilə oyuna çıxıb.

"Qarabağ"ın start heyətində meydana İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Miçel, Pedro Enrike, Rəşad Sadıqov, Riçard Almeyda, Ansi Aqolli, Yakub Jezniçak, Donald Gerye və Ramil Şeydayev çıxıblar.

"Atletiko"nun ilk onbirliyində isə Yan Oblak, Dieqo Qodin, Filipe Luis, Tomas Parte, Antuan Qrizman, Saul Nigez, Anxel Korrea, Qabi, Stefan Saviç, Xuanfran və Kevin Qameyro yer alıblar.

Oyunu Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Deniz Aytekin olub.

Bu komandalar arasında Bakıda keçirilən görüş qolsuz heç-heçə ilə başa çatıb.

Qrupun digər oyununda "Roma" İtaliyada "Çelsi"ni qəbul edəcək.

Ağdam təmsilçisi qrup mərhələsi çərçivəsində səfərdə "Çelsi"yə 0:6, Bakıda isə "Roma"ya 1:2 hesabı ilə məğlub olub. Qeyd edək ki, "Çelsi" klubu 7 xalla "C" qrupunun lideridir. "Roma" 5 xalla ikinci, "Atletiko" 2 xalla üçüncü, "Qarabağ" isə 1 xalla sonuncu pillədə qərarlaşıb.

****

Oyunda ilk qolu Ağdam təmsilçiləri vurub. "Qarabağ" 1-0 hesabla irəli çıxıb.

Oyunun 55-ci dəqiqəsində "Atletiko"nun futbolçusu hesabı bərabərləşdirən qolu vurub. 1-1

****

Matçın 58-ci dəqiqəsində "Qarabağ"ın 10 nömrəli futbolçusu Pedro qırmızı vərəqə alaraq meydanı tərk etdi.

****

Saviç "Atletiko"nu matçın 88-ci dəqiqəsində qırmızı almaqla komandasını azlıqda qoydu.

****

Ölkəmizi qitənin ən nüfuzlu klub turnirində təmsil edən “Qarabağ” səfərdə “Atletiko”nun qonağı olub.

Bakıda keçirilən ilk görüşdə rəqibi ilə qolsuz heç-heçə etməyi bacaran Ağdam təmsilçisi nə qədər çətin olsa da, səfərdən də xalla qayıtmağı bacarıb.

***

Bu, nəticə "Qarabağ" və ölkə futbolu üçün önəmli nəticə sayılır. "Qarabağ"ın səfərdə vurduğu qol onun üçün bu heç-heçəni qələbəyə bərabər edir. 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL