19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) 50 min dollar cərimələnib. AAAF Hakimlər Kollegiyasının üzvü, olimpiya kateqoriyalı hakim Vahid Nəzərovun verdiyi məlumata görə, müvafiq qərar Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) ABŞ-ın Anahaym şəhərində keçirilmiş Konqresində qəbul olunub.
Bu cərimə 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarında ağırlıqqaldıranlarının dopinq-testlərinin təkrar analizləri müsbət nəticə verən 9 ölkəyə - Azərbaycan, Rusiya, Qazaxıstan, Belarus, Çin, Moldova, Türkiyə, Ermənistan və Ukraynaya şamil olunub. Onlar 50 min dollar cəriməni ödəyəcəkləri təqdirdə, cəza müddətləri 1 ildən 8 aya endiriləcək. Nəticədə bu ölkələr gələn il Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında və Türkmənistanın paytaxtı Aşqabadda təşkil olunacaq dünya çempionatında təmsil oluna biləcəklər. Cəriməni ödəməyən ölkə üçün isə cəza müddəti elə bir il olacaq.
Azərbaycan Yeniyetmələr olimpiadasına 1 lisenziya qazanıb. Buenos-Ayresdəki yarışda təmsil olunmaqdan ötrü bu cərimə ödənilməlidir. Bu gün Anahaymda start götürəcək dünya çempionatında isə 9 ölkənin heç biri iştirak etmir.
IWF-in digər qərarına əsasən, dopinq-testdən keçə bilməyən ağırlıqqaldıran ilk dəfə bu halla üzləşəcəyi təqdirdə 4 il, ikinci dəfə isə 8 il müddətinə diskvalifikasiya olunacaq. Ömürlük cəza isə ləğv olunub.
Bundan başqa, ağırlıqqaldırma üzrə olimpiya çəki dərəcələrinin sayı 15-dən (8 kişi, 7 qadın) 14-ə (7 kişi, 7 qadın) azaldılıb. Digər yarışlar, o cümlədən, Avropa və dünya çempionatları üçün çəki dərəcələrinin sayı isə 20-yə (10 kişi, 10 qadın) çatdırılıb.
AAAF-ın mətbuat katibi Kənan Məstəliyev "Report"a açıqlamasında IWF-in Koqresindəki qərarlar barədə rəsmən məlumatlandırılmadıqlarını bildirib. O deyib ki, 50 min dollar cərimə hələ 1 illik diskvalifikasiya olunmalarına dair qərar çıxarıldığı vaxt kəsilib. Qurum rəsmisi həmin cəzanın yüngülləşdirilməsi və digər qərarlardan xəbərsiz olduqlarını əlavə edib.
Qeyd edək ki, Azərbaycan ağırlıqqaldıranlarından Pekin olimpiadasında Sərdar Həsənov (62 kq), İntiqam Zairov (85 kq) və Nizami Paşayev (94 kq), Londonda isə Boyanka Kostova (58 kq) və İntiqam Zairovun (94 kq) dopinq-testlərinin təkrar analizləri müsbət nəticə verib.