Anons

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

“Dedi, Samir, sənə o vaxt pislik eləmişdim, bağışla məni”

Tarix:20-06-2017, 16:11 Baxış Sayı:191

“Dedi, Samir, sənə o vaxt pislik eləmişdim, bağışla məni”

Milli komandamızın və “Neftçi”nin sabiq futbolçusu Samir Ələkbərov bugünlərdə dünyasını dəyişən AFFA-nın ilk prezidenti Fuad Musayevlə bağlı fikirlərini bildirib.

Qol.az-ın xəbərinə görə, o, “Futbol +” qəzetinə müsahibəsində Fuad Musayevin 1990-cı illərin sonlarında onu futboldan uzaqlaşdırması səbəbindən aralarında soyuqluq yarandığını xatırladıb:

“O vaxt aramızda yaşanan məlum hadisədən sonra Fuad Ənvəroviçdən çox incimişdim. Nə qədər olmasa da, futboldan uzaqlaşdım, əvvəlki formamdan uzaq düşdüm. Cavan idim, hər şeyi ürəyimə salırdım. Amma yaşa dolduqca sanki unutdum, olmamış kimi qəbul etməyə başladım. Axırıncı dəfə üzünü elə o vaxt görmüşdüm. Bir də keçən ilin, səhv etmirəmsə, dekabrında “CBC Sport”un hazırladığı “26-cı dəqiqə” filminin təqdimat mərasimində görüşdük. Üstündən təxminən 20 il keçəndən sonra. Bir-birimizin üzünə baxdıq, yaxınlaşıb məni qucaqladı, bağrına basdı. Dedi, “Samir, mən sənə o vaxt pislik eləmişdim, bağışla məni”. Baxdım ki, gözləri doldu. Açığı, mən də özümü saxlaya bilmədim. 20 ildən sonra olsa da, halallaşdı mənimlə. Bəlkə də həmin görüş olmasaydı, indi daha pis təsir edərdi mənə. Saytların birində ölüm xəbərini eşidəndə ağladım. Evdəkilər hər nə qədər “sənə o boyda pislik etdi, karyeranı məhv elədi” desə də, bununla razılaşmırdım. Bilirsiz, niyə? Çünki “Neftçi”də ən çox məni istəyirdi, indi istəməsin. Bəlkə də çox istədiyindən “vurdu” məni. Eybi yox, həyatdı, olmamış kimi qəbul edirəm. Heç vaxt ona kin saxlamadım. Yeri cənnət olsun... Fuad Ənvəroviçin hər şeyi var idi, bircə dostundan başqa. Xaraktercə çox çətin adam idi. Onunla yola getmək çətin yox e, mümkünsüz idi. Amma kişi oğlu kişiydi. Qəzəblənəndə ən çox “podonok” deyib sakitləşirdi. O qədər xatirələrimiz var ki, danışsam, qurtarmaz. Yasına da getmişdim”.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL