19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
18-25 sentyabr 2017-ci il tarixdə Litvanın Klaypeda şəhərində hərbçi güləşçilər arasında 32-ci dünya çempionatı keçiriləcək. Azərbaycan Güləş Federasiyasından FaktXəbər-ə verilən məlumata görə, sərbəst güləş yarışlarında ölkəmizi Əfqan Xaşalov (57 kq), Qalib Əliyev (61 kq), Ağahüseyn Mustafayev (65 kq), Coşqun Əzimov (70 kq), Rəşad Yusifli (74 kq) və Əşrəf Əliyev (86 kq) təmsil edəcək. Yunan-Roma güləşçilərindən Murad Məmmədov (59 kq), Kərim Cəfərov (66 kq), Sənan Əlmirzəyev (71 kq), Həsən Əliyev (75 kq), Elton Vəzirzadə (80 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq) və Cavid Feyziyev (130 kq) yarışlara qatılacaq. Qadın güləşçilərin mübarizəsində isə Türkan Nəsirova (48 kq) və Tatyana Varantsova (53 kq) iştirak edəcək.
Komandaya dünya çempionatında məşqçilər Nazim Əlicanov və Taleh İsrafilov rəhbərlik edəcək.
Çempionatın proqramına əsasən, ilk yarış günündə sərbəst güləş üzrə 57 kq, 61 kq, 65 kq, 70 kq və qadın güləşi üzrə 48 kq, 53 kq, 55 kq, 58 kq çəkidə qaliblər müəyyənləşəcək. Sentyabrın 21-də isə xalçaya 74 kq, 86 kq , 97 kq, 125 kq çəkidə sərbəst, 60 kq, 63 kq, 69 kq və 75 kq çəkidə qadın güləşçilər çıxacaq. 59 kq, 66 kq, 71 kq və 75 kq çəkidə yunan-Roma güləşçiləri sentyabrın 22-də, 80 kq, 85 kq, 98 kq və 130 kq çəkidə yunan-Roma güləşçiləri isə son yarış günündə mübarizə aparacaq.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Elman İsmayılov təmsil edəcək.
Sentyabrın 24-də isə çempionatda iştirak edən ölkələrin Mədəniyyət Günü keçiriləcək.
Xatırladaq ki, ötənilki dünya çempionatını sərbəst güləşçilərimiz 1 qızıl, 1 gümüş və 1 bürünc, yunan-Roma güləşçilərimiz isə 1 qızıl, 3 gümüş və 2 bürünc medalla başa vurub.