Anons

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Rəşad Sadıqov: “Mənə hələ tam məşqçi demək olmaz”

Tarix:27-09-2017, 17:46 Baxış Sayı:209

Rəşad Sadıqov: “Mənə hələ tam məşqçi demək olmaz”

“Məşqçi kimi qarşınıza ilk dəfədi çıxıram. Mənə hələ tam məşqçi demək olmaz. Düzdü, bu komandanı mən çalışdırıram. Xoş, qəribə və öyrəşmədiyim hisslərdi”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Rəşad Sadıqov deyib.

Gənclər Liqasının Çempionlar yolunda II matçını “Roma”ya qarşı keçirən Ağdam təmsilçisinin U-19 komandası meydanı 0:3 hesablı məğlubiyyətlə tərk edib.

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Sadıqov fikrini bu sözlərlə davam etdirib: “Erkən qol buraxdıq. Uşaqlarda həyəcan hiss olunurdu. İkinci hissədə komandamız əzmkarlıq göstərdi, yaxşı futbol oynadı. Sadəcə, rəqibin ustalığı və təcrübəsi öz sözünü dedi”.

Sadıqov məğlubiyyətin səbəbini italyanların ustalığının yüksək səviyyədə olmasında görür: “Çelsi” ilə matçda bir az fərqli sistemlə oynayırdıq. Londonda daha ehtiyatlı davranırdıq. Burda isə yaxşı nəticə qazanmağa çalışırdıq. İlk matçda oyunumuzu müdafiədən qurmuşduq. Burda isə hücumlara çıxmaq istəyirdik. Şikayət etmək istəmirəm. Keçənilki komandadan cəmi 1 nəfər qalıb. Təzə kollektiv qurmuşuq. Yeni oyunçulardan da cəmi 8-ni istifadə edə bilirik. Heyətimizdə isə 13-14 yeni oyunçu var. Hamısından yararlana bilmirəm. UEFA-nın qaydası var ki, 8 nəfər öz yetirməmiz olmalıdı. Bu yaş qrupu da bizdə keçən il olmayıb. Bir az bu baxımdan çətinlik çəkirik. Əimizdən gələni edirik ki, komanda oyuna yaxşı çıxsın. Bu rəqib 3 gün əvvəl “Yuventus” üzərində səfər qələbəsi qazanmışdı. Ustalıq öz sözünü deyir”.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL