Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Neftin qiyməti niyə qalxır və niyə yenidən düşə bilər?

Tarix:7-11-2017, 13:33 Baxış Sayı:172

Neftin qiyməti niyə qalxır və niyə yenidən düşə bilər?

“The Guardian” yazır ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi antikorrupsiya repressiyalarına başlayandan sonra neft qiymətləri 2015-ci ilin iyulundan bəri ən yüksək həddinə çatıb.
Məqalədə deyilir ki, milyarder şahzadə Əlvalid bin Təlal da Məhəmməd bin Salman tərəfindən həbs edilən şahzadələrin və nazirlərin arasındadır.
OPEC karteli noyabrın sonunda Vyanada keçiriləcək görüşündə hasilat ixtisarı müddətinin uzadılması məsələsinə baxılacağını bildirib.
Təhlilçilər deyirlər ki, Brent neftinin qiymətinin ilin birinci hissəsindəki 50 dollardan 62 dollara sıçramasında Səudiyyənin gələcək kralının hərəkətlərindən doğan siyasi qeyri-müəyyənlik əsas rolu oynayıb.
Sun Global İnvestments sərvət menecmenti firmasının baş direktoru Mihir Kapadi deyib ki, “son qiymət qalxımının əsas səbəbi Səudiyyə Ərəbistanından qaynaqlanan qeyri-müəyyənlikdir”.
“The Guardian” yazır ki, neftin qiymətini qaldıran başqa faktorlar da var. Səudiyyə Ərəbistanı, Rusiya, Qazaxıstan və Özbəkistan ötən həftəsonu görüşərək neft qiymətlərinin qaldırılması məqsədilə hasilatın ixtisarı müddətinin uzadılmasına razı olduqlarını bildiriblər.
Bundan əvvəl dünyanın üçüncü böyük neft istehsalçısı olan ABŞ-da buruq saylarının artması neft qiymətlərinin yüksəlişinə mane olurdu, lakin yeni quyuların artımı avqust ayında dayanıb. Təkcə ötən həftə buruqların sayı 11 ədəd azalaraq 898-ə düşüb.
Başqa geosiyasi hadisələr də neft qiymətinin dirçələşinə təsir edib. Bu mənada İraq hökumətinin Kürdüstanın neftli ərazilərindəki fəaliyyəti xüsusi təsirə malik olub.
Bundan başqa Niger deltasında da neft infrastrukturları üzərinə hücumların sayı artıb.
Lakin İsveçrənin Julius Baer bankçılıq qrupunun ekspertləri deyirlər ki, neftin qiyməti yenidən 50 dollara enəcək, çünki xammala tələbat azalıb.
Vitol neft ticarəti şirkətindən Ian Taylor “The Guardian” qəzetinə bildirib ki, o neft qiymətlərinin gələn il 55-57-yə düşəcəyini gözləyir.
Təhlilçilər deyirlər ki, Səudiyyədə gələcək kralın apardığı repressiyalar onun OPEC siyasətini dəyişməyəcək. Məhəmməd bin Salman Aramco dövlət neft şirkəti səhmlərinin 5 faizinin əcnəbilərə satılmasını istəyir. Bu səhmlərin qiymətləri neftin qiymətlərindən asılı olacaq.
RBC Capital Markets bankının təhlilçiləri inanırlar ki, bin Salman OPEC razılaşmasının 2018-ci ilədək uzadılması və Aramco səhmlərinin satışı firkindən dönməyəcək.
HedgeEye şirkətinin təhlilçisi Joseph McMonigle deyib ki, Səudiyyədəki qeyri-müəyyənlik başqa neft hasil edən regionlara da təsir göstərib.
O bildirib ki, neft bazarları onsuz da İraqın kürd müstəqilliyi referendumuna reaksiyasına görə geosiyasi risk əndişəsində idi. ABŞ-ın İran üzərinə yeni sanksiyaları və Venesueladakı vəziyyət bu riskləri artırıb.
Səudiyyə Ərəbistanı dünyanın ən böyük neft hasilatçısı və OPEC-in aparıcı üzvüdür. OPEC-ə daxil olan İraq və Birləşmiş Ərəb Əmirlikləri də hasilat ixtisarı vaxtının uzadılmasını dəstəkləyəcəklərini bildiriblər.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL