Anons

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Kredit qoyuluşunun 4 milyard azalmasının səbəbkarı Beynəlxalq Bankdır

Tarix:11-12-2017, 11:13 Baxış Sayı:222

Kredit qoyuluşunun 4 milyard azalmasının səbəbkarı Beynəlxalq Bankdır

2017-ci ilin Oktyabr ayının sonuna bankların və bank olmayan kredit təşkilatlarının cəmi kredit qoyuluşları 12 milyard 152.2 milyon manat təşkil edib.

Marja” Mərkəzi Banka istinadən xəbər verir ki, kredit qoyuluşlarının 11 milyard 731.9 milyon manatı bankların, 420.2 milyon manatı və ya 3,5%-i qeyri-bank kredit təşkilatlarının payına düşüb.

Diqqəti cəlb edən, kredit qoyuluşlarında dövlət banklarının xüsusi çəkisinin azalmasıdır.Ötən ilin sonunda 35% olmuş bu nisbət Oktabr ayının sonunda 17.6%-ə düşüb. 12 milyard 152.2 milyon manat kreditlərin 2 milyard 144.8 milyon manatı dövlət bankları tərəfindən verilib.  Halbuki, ötən ilin sonunda 16 milyard 444.6 milyon manat kreditin 5 milyard 749.2 milyon manatı dövlət bankları tərəfindən verilmişdi. Dövlət banklarının  kredit qoyuluşları 4 milyard 292,4 milyon manat azalıb. Azalmanın əsas səbəbi Beynəlxalq Bankın sağlamlaşdırılmasıdır.

2005-ci ildə dövlət banklarının kredit qoyuluşlarında xüsusi çəkisi 51.9%, 2009-cu ildə 46.5% təşkil etmişdi.

ÖZƏL BANKLARIN KREDİT QOYULUŞLARI 635 MİLYON MANAT AZALIB

Bu ilin 10 ayı ərzində özəl bankların kredit qoyuluşlarında xüsusi çəkisi 62.2%-dən 78.9%-ə yüksəlib. 12 milyard 152.2 milyon manat kredit qoyuluşlarının 9 milyard 587.1 milyon manatı özəl bankların payına düşüb. Ötən ilin sonunda 16 milyard 444.6 milyon manat kredit qoyuluşlarının 10 milyard 222 milyon manatı özəl bankların payına düşürdü. Beləliklə, ötən ilin sonu ilə müqayisədə özəl bankların kredit qoyuluşları 634,9 milyon manat azalıb.

XARİCİ KAPİTALLI BANKLAR BAZARIN 30%-NƏ NƏZARƏT EDİR

Oktyabr ayının sonunda kredit qoyuluşlarının 31%-i və ya 3 milyard 772.1 milyon manatı xarici kapitallı bankların, bundan 9%-i və ya 1 milyard 89.5 milyon manatı 100% xarici kapitallı bankların payına düşüb. Bu nisbətlər ötən ilin sonunda müvafiq olaraq 26.3% və 7.6%, məbləğ ifadəsində isə  4 milyard 328.8 milyon manat və 1 milyard 248.8 milyon manat idi.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL