19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
İqtisadçı-ekspert Nemət Əliyev
Mərkəzi Bank bu il 01.11.2017-ci il tarixə məlumat yayaraq bildirib ki, banklarda 19 milyard 697 milyon manat əmanət və depozit var. Bununla yanaşı Mərkəzi Bank həmin dövrə bank kreditlərinin həcminin 11 milyard 732 milyon manat olmasına dair məlumat da açıqlayıb. Bu iki göstəricinin müqayisəsindən belə məlum olur ki, banklar cəlb etdiyi əmanət və depozitlərin 60 faizini kredit verib. Bəs aradakı 40%-lik hissə, 7 milyard 965 milyon manat məbləğində olan əmanət və depozitlər haradadır?
Mən hələ qiymətli kağızlar buraxmaqla bankların cəlb etdiyi 2 milyard manatı demirəm, balans hesabatlarında bank kapitalı kimi qeydiyyata düşmüş 3 milyard manatı da saya almıram. O vəsaitlərdən necə istifadə olunması məsələsi ilə (hələlik) işim yoxdur. Burada yalnız bankların əhalidən və hüquqi şəxslərdən cəlb etdiyi əmanət və depozitlərin taleyindən danışıram. Haradadır 8 milyarda yaxın əmanət və depozit, hansı məqsədlərə istifadə olunub?
Bu qədər vəsait, həqiqətən də, banklardadırsa, sağ-salamat yerindədirsə, o zaman niyə kredit vermək üçün istifadə olunmur həmin milyardlar? İzah edə bilərsiniz ki, faizlər yüksəkdir, alan yoxdur o kreditləri, bankların burada bir o qədər də günahı yoxdur. Doğrudur, bu fikirlərin ilk hissəsinə mən də qatılıram. Həqiqətən də, yüksək faizlərlə təklif olunan indiki kreditlərə yaxın düşüləsi deyil. Bu halda başqa bir əsaslı sual yaranır: 8 milyarda yaxın əmanət və depoziti cəlb edib kisələrə vurmaq, “ölü pullar” halına salmaq, bu vəsaitlərə görə faizlər ödəyib milyonlarla əlavə xərcə düşmək, axı bankların nəyinə lazımdır? Belə zərərli fəaliyyətin çökmüş bankları daha dərin uçuruma atmasını anlamaq doğrudanmı bu qədər çətindir?
Fikrimcə, cəlb etdiyi əmanət və depozitləri istifadəyə yönəldə bilməyən kommersiya banklarının bu cür fəalliyyətinə, özünü belə aparmasına sağlam məntiqlə haqq qazandırmaq mümkün deyil (heç lazım da deyil). Bu cür hesabsız-kitabsız fəaliyyətin sonu fəlakətdir. Bir az biznesmen təfəkkürü olan istənilən bankir belə vəziyyətdə çox aşağı faizlərlə qısamüddətli, kiçik həcmli kreditlər yerləşdirməklə gəlirləri artırmağa və bu yolla depozitlərin saxlanmasına çəkilən xərcləri kompensasiya etməyə can atardı. Fəqət bizim “bankir-biznesmenlər” başda Elman Rüstəmov olmaqla hələ də gözləmə mövqeyindədirlər. Gərəksiz xərclərin artmasının, bank fəalliyyətinin tənəzzül etməsinin sanki bunlara heç bir aidiyyatı yoxdur. Bu cür davranışlar haqlı olaraq böyük şübhələrə yol açır: 8 milyarda yaxın əmanət və depozitin başına bir iş gəlməyib ki?
Yazı müəllifin feysbuk səhifəsindən götürülüb