Anons

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

ABŞ-ın bu qərarı manata təsirsiz ötüşməyəcək

Tarix:13-12-2017, 11:21 Baxış Sayı:178

ABŞ-ın bu qərarı manata təsirsiz ötüşməyəcək

Qubad İbadoğlu

FED-in bu gün uçot dərəcəsini qaldırması gözlənilir

Dekabrın 13-də yerli vaxtla 14.30-da (Bakı vaxtı ilə saat 23.30-da)  iki günlük müzakirədən sonra FED-in  direktorlar şurasının sədri Janet  Yellen  mətbuat üçün açıqlamasında ABŞ iqtisadiyyatının hazırkı durumunu dəyərləndirib, gələcək gözləntilərini açıqlayacaq.  Bazar müşahidəçilərinin proqnozlarına görə, FED uçot dərəcəsini  dördə bir səviyyəyədək qaldıracaq.  Hazırda investorları  maraqlandıran əsas məsələlərdə biri də  FED-in və digər Mərkəzi Bankların  ABŞ vergi sistemində mümkün dəyişikliklərə reaksiyasıdır.  Avropa  və İngiltərə Mərkəzi Bankları da  bununla bağlı həftə ərzində açıqlama verəcək.
Məlumat üçün qeyd edim  ki, bir qrup respublikaçının  hazırladığı və prezident Tramp administrasiyasının müdafiə etdiyi  vergi  islahatları  planının  yaxın günlərdə qəbul edilib, qüvvəyə minməsi gözlənilir. Vergi islahatı planına görə,  7 şkalalı  (10%, 15%, 25%, 28%, 33%, 35% və ya 39.6%)  fərdi gəlir vergisinin  3  şkalaya  (12%, 25%  və  37%) endirilməsi və onun sonuncu şkalasının  39,6 faizdən 37 faizədək aşağı salınması gözlənilir. Bununla yanaşı, həmin plana  görə, şirkətlər üçün korporativ vergi dərəcəsi  35-dən 21 faizə qədər endiriləcək.  Hesablamalara görə, bu dəyişiklik  büdcəyə əlavə  100 milyard dollar qazandıracaq. Bu dəyişiklikıər də ictimaiyyəti narahat edən əsas məqamlardan bundan zənginlərin bəhrələnmə ehtimalının olmasıdır.
Hazırda ABŞ iqtisadiyyatında inflyasiya yaradıcı amillər fəaldır, illik inflyasiya 2 faiz ətrafında olsa da, noyabr ayında aylıq göstəricinin 0,4 faiz təşkil etməsi qiymətlərin artımının sürətləndirdiyini deməyə əsas verir. Bununla yanaşı, ABŞ-da işsizlik səviyyəsi son 17 ildə ən aşağı səviyyədə qeydə alınıb,  istehlakçıların gözləntiləri də artıb. Eyni zamanda dollar indeksi  əvvəlki aylarla müqayisədə cüzi də olsa qalxıb. Hazırda 94.041  təşkil edir.
ABŞ-ın neft siyasətinə gəlincə, ehtiyatlar gözlənildiyindən aşağı düşsə də, növbəti il  üçün hasilatın artımı proqnozlaşdırılır. Dünya bazarında neftin qiymətinin  cüzi bahalaşmasının son  səbəbi isə Britaniyanın 40-cı kəmərinin təmirə bağlanması ilə əlaqədardır.
FED-in bu gün gözlənilən  bəyanatının təsirləri artıq Asiya maliyyə  və valyuta bazarlarında hiss olunmaqdadır.  Reaksiyalar müxtəlifir. Belə ki,  ABŞ dolları yapon iyenasına nisbətdə dəyər qazansa da Avstraliya dollarına nisbətdə ucuzlaşıb.
Bu qərarın Azərbaycan manatınının məzənnəsinə  mümkün təsirləri daha çox dolayı və psixoloji kontekstdə müzakirə oluna bilər. Çünki,  Azərbaycan manatına birbaşa təsir daha çox xam neftin  dünya  bazar qiymətləri ilə əlaqəlidir. Dolayı  və psixoloji təsirlərə gəlincə, Azərbaycanın əsas ticarət tərəfdaşları olan Türkiyədə və Rusiyada dolların ucuzlaşması manatın da məzənnəsini gərginlik altında saxlayır.  Nəzərə alsaq ki, FED-in bu günə gözlənilən qərarı hər iki ölkənin valyutasının ABŞ dollarına nəzərən  məzənnəsinə  təsirsiz ötüşməyəcək, onda Azərbaycan manatı da dolayı təsirlərdən sığortalana bilməyəcək.

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL