19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
Dünya Bankının “Dünya İnkişaf Hesabatı 2017” adlı nəşrində, 2010-cu il göstəriciləri əsasında Azərbaycan, təhsil və səhiyyə üçün qeyri-rəsmi ödənişlərin ən geniş yayıldığı ölkələrdən biri kimi təqdim olunur.
Buna isə səbəb Azərbaycanda dövlət qurumlarına etibarlılığın aşağı səviyyədə və sosial xidmətlərə ayrılan maliyyə resursların çatışmazlığıdır, Dünya Bankı qeyd edir.
Bank qeyd edir ki, qeyri-rəsmi ödənişlərlə bağlı statistika Avropa Yenidənqurma və İnkişaf Bankının 2010-cu ildə dərc edilmiş sorğusundan qaynaqlanır.
Dünya Bankının “Dünya İnkişaf Hesabatı 2017, İdarəetmə və Qanun” adlı hesabatında hökumətlərin siyasi layihələrinin icra edilməsinin effektivliyi və ziyanlı layihələrin davam etməsinin səbəbləri araşdırılıb.
Hesabatın “İdarəetmə və bərabərlik” bölməsində qeyd edilir ki, siyasi qərarların və layihələrin effektiv olması üçün bu layihələr ictimaiyyət tərəfindən ədalətli sayılmalıdır.
Lakin layihələrin necə ədalətli hesab olmasına gəldikdə, hesabat bu qiymətləndirmədə həm layihələrin nəticələri, həm də ki, onun necə icra edilməsi və məqsədindən asılı olduğunu deyir.
Bu mövzuda hesabatın əsas nəzəriyyəsi cəmiyyətdə iqtisadi bərabərliyin iqtisadi inkişaf ilə sıx əlaqəsinin olmasıdır.
“Bərabərlik” sözu bu bölmədə həm bərabər imkan (insanların idarəsi altında olmayan faktorlardan azad olaraq öz seçimləri üzərində qurulmuş həyatı təqib etmək), həm də bərabərsiz nəticələr (gəlir və istehlak bərabərsizliyi) mənasını daşıyır.
Hər iki faktorun cəmiyyətdə müxtəlik qrupların və fərdlərin idarəetmə və qanunvericiliyə təsiri olur, hesabatda qeyd edilir.
Həmçinin vurğulanır ki, bərabərsizliklərin yaranması müxtəlif qrupların idarəetməyə təsirinin səviyyəsindəki fərqlərin nəticəsidir.
Daha təsirli qruplar və fərdlər idarəetmənin öz maraqlarının xeyrinə yönəlməsinə təsir göstərir, hesabat bildirir.
Bərabərliyi artıran layihələr nüfuzlu qruplara qısamüddətli ziyan hesabına uzunmüddətli baxımdan ümumi iqtisadi inkişafla nəticələnir, hesabat deyir.
Lakin bərabərsizliyin yüksək olduğu ölkələrdə daha güclü və ya nüfuzlu qruplar bu layihələri ləngidib qarşısını ala bilirlər.
Dünya Bankının hesabatında bərabərsizliyin siyasi təsirləri və siyasi sistemlərin bərabərliyə təsiri müzakirə olunur
Hesabat qeyd edir ki, müştərək siyasi sistemlərdə rəsmilərin vətəndaşlarla əlaqəsi təhrif olunur. Belə sistemlərdə rəsmilər qısa-müddətli xeyr üçün vətəndaşların dəstəyini “ödənişlə” qazanır və ya siyasi dəstəyə əvəz olaraq daha nüfuzlu və qüvvəli qrupların maraqlarını təbliğ edir.
Hesabatda qeyd edilir ki, “keyfiyyətli sosial xidmətlərə zəif öhdəçilik dünyada ən kasıb və ya barəbərsiz ölkələrin xüsusiyyətidir” və bərabərliyin artması üçün geniş və peşəkar bürokratiyanın vacib olduğunu bildirir.
Dövlət tərəfindən verilən xidmətlərin tam şəkildə təmin olmadığı hallarda – məsələn vergilərin ödənişində – vətəndaşların da dövlətlə əməkdaşlığına istək azalır, hesabat deyir.
Hesabat bildirir ki, dövlət qurumlarına inam az olan ölkələrdə qeyri-rəsmi iqtisadi sektor (qara bazar) daha böyük olur və vətəndaşların qayda və qanunlara riayəti azalır.
Aşağı səviyyəli sosial xidmətlər (səhiyyə və təhsil kimi) isə orta və yuxarı təbəqələrin bu xidmətlərin özəl mənbələrdən əldə etməyə cəlb edir və bərabərsizliyin sütünlarını bərkidir.
Hesabat müştərəklik sisteminin iki əsas növu olduğunu deyir.
Birinci növdə, rəsmilər vətəndaşların təmsilçisi və vətəndaşlar rəsmilərin müşahidəçisi olmaq əvəzinə, rəsmilər vətəndaşlara və ya cəmiyyətdəki bəzi qrupların qısamüddətli dəstəyini “alırlar”.
Müştərəkliyin ikinci növündə isə spesifik qruplar siyasi idarəçilik sistemini ələ keçirərək rəsmilərin təmsil etdikləri vətəndaşların ümumi xeyrinə yönəlmiş layihələri reallaşdırmaq ehtimalını azaldır.
Bu ələ keçirmə, rəsmilərin öz hakimiyyətlərindəki vəzifələrindən yalnız bir kiçik qrupun dəstəyindən asılı qaldıqları halda baş verir.
Bu cür ölkələrdə dövlət tərəfindən təmin olunan iş yerləri və vəzifələr siyasi dəstək əvəzinə verilə bilər, hesabat qeyd edir.
Öz iş yerlərinin təmin olunması üçün dövləti qurumlarını ələ keçirən qrupdan asılı qalmış bürokratlar isə onlara siyasi dəstək verməyə davam etməyə məcbur qalırlar.
nHesabat qeyd edir ki, Azərbaycan kimi ölkələrdə “müştərəklik” sistemi nəticəsində səhiyyə və təhsil kimi sosial xidmətlərə kifayət qədər maliyyə resurslar ayrılmır
Belə hallarda xidmətvericilərin cəzalandırılması mümkün olmur və nəticədə maliyyə resurslar bu xidmətlərdən kənarlaşdırılır, hesabat qeyd edir.
Bunun nümunəsi olaraq, Azərbaycan kimi ölkələrdə səhiyyə və təhsil xidmətlərindən istifadə etmək üçün, insanların 9/10-u qeyri-rəsmi əlavə ödənişlər etməli olur.
Resursların xidmətlərin uzaqlaşdırılmasının digər nəticəsi isə, bu xidmətlərdə çalışan işçilərin işlərini yerinə yetirməməsidir – məsələn bu cür müştəriliklikdən əziyyət çəkən ölkələrdə müəllimlərin verməli olduğu dərslərə getməməsi ehtimalı artır.
Hesabatda təqdim olunan sorğu nəticəsindən görünür ki, göstərilən ölkələr siyahısında səhiyyə və təhsildə Azərbaycan qeyri-rəsmi ödənişlərin ən geniş yayıldığı ölkədir.
Azərbaycandakı respondentlərin 80 faizdən çoxu təhsil və 90 faizdən çoxu isə səhiyyə xidmətləri əldə etmək üçün qeyri rəsmi ödənişlər verdiklərini qeyd ediblər.
Siyahıda növbəti ölkə – Qırğızıstanda – bu göstərici təhsil üçün 60 faiz, səhiyyə üçün isə 70 faizdir.
İtaliya, Britaniya, Fransa, Almaniya və hətta Gürcüstan kimi ölkələrdə təhsil üçün əlavə ödəniş verdiyini deyən respondentlər 10 faizdən aşağı, səhiyyədə isə bu rəqəm 20 faizi keçmir.