Anons

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Dövlət Neft Fondu Rusiyada mayanı batırıb

Tarix:20-02-2018, 15:39 Baxış Sayı:192

Dövlət Neft Fondu Rusiyada mayanı batırıb

Nemət  Əliyev

Dövlət Neft Fondu Rusiyada mayanı batırıb. Bu ölkəyə yatırılan 633 milyon dolların 38 faizi əldən çıxıb.

DNF-nun rəhbərlliyi batan milyonların xalqa ağlabatan izahatını verilməlidir. Siz də sorğular ünvanlayın, dostlar, bəlkə aydınlıq gətirmək mümkün oldu.

Dövlət Neft Fondu 2012-ci və 2013-cü illərdə Rusiyada daşınmaz əmlaka 133 milyon dollar (Moskva şəhərində yerləşən “Qalereya Aktyor” ofis-ticarət mərkəzi satın alınıb), Bank VTB-nin səhmlərinə isə 500 milyon dollar investisiya qoyub. Rus rublunda ifadə olunan aktivlərə üst-üstə 633 milyon dollar məbləğində investisiya yatırılıb. Fəqət Neft Fondunun 31.12.2017-ci il tarixə açıqladığı rəsmi məlumatlardan məlum olub ki, rus rublunda ifadə olunan aktivlərin dəyəri 394 milyon dollara (21,783 milyard rubla) düşüb. http://www.oilfund.az/uploa…/azeriversion_2017ilinyekunu.pdf

Deməli, Neft Fondunun 633 milyon dollar məbləğində investisiya etdiyi daşınmaz əmlak və səhmlər öz ilkin dəyərini üst-üstə 239 milyon dollar məbləğində itirib (633–394=239). İtki 38 faizə yaxındır (239/633×100%≈38%). İtkilərin 56 faizi 2017-ci ilin payına düşür. Amma itkilər bununla bitmir. Çünki yarım milyarddan artıq maliyyə vəsaiti Rusiya bazarlarına investisiya edilərkən planlar tökülmüşdü, hesaba alınmışdı ki, milyonlarla maliyyə qazancı da əldə olunacaq. O milyonlarla gəlir də əldən çıxıb. İtkilər çox böyükdür.

Fakt budur ki, Neft Fondu Rusiyaya investisiya etdiyi maliyyə vəsaitlərinin nəinki iqtisadi təhlükəsizliyini qoruya bilməyib, hətta mayanı batırıb. Rusiya bazarlarına investisiya qoymağın çox riskli olmasına dair zamanında peşəkar iqtisadçılar tərəfindən edilən müxtəlif çağırışlar nəzərə alınsaydı, heç olmasa mayanı qoruyub saxlamaq mümkün olardı. Odur ki, Neft Fondunun çox riskli sayılan bu layihədə inadkarlıq etməsinin həqiqi səbəblərinə aydınlıq gətirilməli və buna görə həm də fərdi məsuliyyət tələb olunmalıdır. Əks halda, xalqa məxsus sərvətlərin iqtisadi təhlükəsizliyini təmin etmək çətin olacaq.

İtirilən milyonları bundan sonra çətin ki, bərpa etmək mümkün olsun. Barı ibrət almalı, ziyanın yarısından dönmək lazımdır. Nəzərə almaq lazımdır ki, Bank VTB-nin adı yaxın gələcəkdə Rusiyaya tətbiq olunması gözlənilən əlavə sanksiyalar siyahısına daxil edilib (bu haqda mətbuatda kifayət qədər anonslar yer alıb). Sanksiyalar gerçəkləşərsə (ehtimalı yüksəkdir), rus rublunda ifadə olunan aktivlərin daha sürətlə dəyər itirəcəyi şübhə doğumur. O zaman Neft Fondunun itkiləri daha da böyüyəcək.
Təkrar kobud səhvi tarix heç kimə bağışlamaz!

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL