19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
Böyük Britaniyanın enerji şirkəti British Petroleum (BP) qlobal neft tələbinin 2030-cu illərin sonuna doğru ən yüksək səviyyəsinə çatacağını bildirib. Sonrakı illərdə neftə təlabat azalmağa başlayacaqdır.
“Marja” xəbər verir ki, BP-nin “Enerji Mənzərəsi” hesabatında, əsasən sürətli inkişaf edən iqtisadiyyatlar hesabına bir müddət neftə tələbatın qalacğı, eyni zamanda, elektrikli avtomobillərin yaxın 20 ildə nəqliyyatda inqilab yaratmasının gözləndiyini bildirilir.
Hesabatda, hazırda bütün dünyada elektrikli avtomobillərin sayının 3 milyon ədəd olduğu, bu rəqəmin 2040-ci ildə 300 milyona çatmasının gözlənildiyi qeyd edilib.
AVTOMOBİL SAHİBİ OLMAQ İSTƏYƏNLƏR AZALACAQ
Sonrakı dövrdə dünyada Uber-ə bənzər taksi xidməti göstərən sürücüsüz maşınların birgə istifadəsinin artacağı, bunun da avtomobillərə olan tələbatı azaldacağı bildirilib. Daha çox insan avtomobilə sahib olmaq yerinə, avtomobildən ortaq şəkildə istifadə olunacaqdır.
Hesabatda elektrikli vasitələrin 2040-cı ildə qədər bütün dünyadakı avtomobillərin 15%-ini təşkil edəcəyi qeyd edilib, bu nisbətin sərnişindaşımada 30%-ə çatacağının gözlənildiyi vurğulanıb.
AVTOMOBİLLƏR 18,7 MİLYON BAREL NEFT İSTEHLAK EDİR
Elektrikli vasitələrin artmasına baxmayaraq, 2016-ci ildə benzinlə işləyən avtomobillərin gündəlik 18,7 milyon barellik neft istehlak etdiyi, bunun 2040-cı ilə qədər, demək olar ki, eyni səviyyədə qalmasının gözlənildiyi bildirilib. Elektromobillərin artması, daha az yanacaq sərf edilən texnologiyaların yaranması ilə azalan istehlak, inkişaf edən iqtisadiyyat sahələrinin enerjiyə artan tələbat ilə balanslaşacaqdır. Yəni, neftə olan təlabat demək olar ki, yerində sayacaqdır.
BP-nin əsas ssenarisində alternativ enerjinin qlobal enerji istehlakında payının hazırkı 4 faiz səviyyəsindən 2040-ci ildə 14 faiz səviyyəsinə yüksəlməsinin gözlənildiyi bildirilib.
Hesabatda BP-nin rəhbəri Bob Dadli, qlobal miqyasda karbon qazı emissiyasının azaldılması üçün daha ardıcıl fəaliyyət planının həyata keçirilməsi lazım olduğunu bildirib.
Nəqliyyatda sürücüsüz vasitələrlə yaranacaq dəyişikliklərə dair BP-nin Baş iqtisadçısı Spencer Dale bildirib: “Sürücülər olmayacağı və maaş ödənilməyəcəyi üçün ictimai nəqliyyatda gediş haqlarının maya dəyəri 40-50 faiz səviyyəsində azalacaqdır. 2030-cu illərdə kollektiv istifadə olunan vasitələrdə böyük bir artım gözləyirik”,- deyib.