Anons

Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Millət vəkili: Bakıda satılan 6-7 manatlıq ətlər qeyri-adi heyvan ətidir

Tarix:14-03-2017, 15:26 Baxış Sayı:195

Millət vəkili: Bakıda satılan 6-7 manatlıq ətlər qeyri-adi heyvan ətidir

Novruz yarmarkalarında 6 manata satılan ətlərin keyfiyyəti müzakirə mövzusudur.  Novruz bayramı ilə əlaqədar olaraq paytaxtın müxtəlif ərazilərində yarmarkalar təşkil olunub. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin sözlərinə görə, bayramqabağı yarmarkalara 10 tona yaxın ət çıxarılacaq və bununla da süni qiymət artımının qarşısı alınacaq. Ətin 1 kiloqramının qiyməti 6-7 manat arasında dəyişməsi bazarlara da təsir edəcək və paytaxtın digər nöqtələrində də ət satanlar məcbur olub qiyməti salacaqlar.

Paytaxtda, həmçinin də bölgələrdə satılan mal və qoyun ətlərinin qiymətinin 11-12 manatdan ucuz olmamasını nəzərə alaraq yarmarkalarda satılacaq 6-7 manatlıq ətin keyfiyyətinin nə dərəcədə normal olacağı sualı yaranır. Millət vəkili Vahid Əhmədov 6-7 manata satılan ətin keyfiyyətinin normal olmayacağı qənaətindədir.
 
"Hazırda ölkə ərazisində satılan mal və qoyun ətlərinin qiyməti 12-13 manat arasında dəyişir. Faktiki olaraq ət bazarlarında  bu qiymətdən ucuz satılan ət tapmaq demək olar ki, mümkün deyil. Əgər bayram münasibətilə təşkil olunmuş yarmarkalarda əhaliyə 6-7 manata ətlər təklif olunursa onda bu ət mal və ya qoyun əti deyil, mənşəyi məlum olmayan hansısa qeyri-adı heyvan əti ola bilər. Bundan başqa satılan istənilən ətın hardan əldə edilməsindən asılı olmayaraq, baytarlıq xidmətinin rəyi olması vacibdir. Ətin harda satılmağından asılı olmayaraq üzərində baytarlıq xidmətinin möhürü olmalıdır. Əgər rəy və möhür yoxdursa deməli bu ət həqiqətən də insanların sağlamlığı üçün müəyyən qədər təhlükə törədə bilər”, - deyə millət vəkili bildirib.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL