Anons

Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Bəzi xəstəxanalarında xərclərin bölüşdürülməsi zamanı uyğunsuzluqlara yol verilib

Tarix:10-04-2017, 10:51 Baxış Sayı:189

Bəzi xəstəxanalarında xərclərin bölüşdürülməsi zamanı uyğunsuzluqlara yol verilib

Azərbaycanın rayonları üzrə dərman və ərzaq xərclərinin proqnoz göstəricilərinin çarpayı günləri ilə müqayisəli təhlili nəticəsində bir sıra uyğunsuzluqlar müəyyən edilib.

Bu, Hesablama Palatasının 2016-cı il üzrə hesabatında qeyd olunub.

Qeyd olunub ki, 2013-cü ildə bir çarpayı gününə düşən ərzaq xərci Ağcabədi rayonu üzrə 1,82 manat, Goranboy rayonu üzrə 0,61 manat, Sabirabad rayonu üzrə 2,46 manat, Kürdəmir rayonu üzrə 1,34 manat, Balakən rayonu üzrə 0,73 manat, Ağsu rayonu üzrə 0,61 manat, Neftçala rayonu üzrə 1,96 manat, Masallı rayonu üzrə 1,29 manat, Xaçmaz rayonu üzrə 0,99 manat, Şəki şəhəri üzrə 1,42 manat, Şəmkir rayonu üzrə 4,37 manat, Tərtər rayonu üzrə 0,92 manat olub. Təhlili aparılmış sonrakı illərdə də bir çarpayı gününə düşən ərzaq xərci rayonlar üzrə müxtəlif olub.

Bundan başqa, dərman xərci proqnozlaşdırılarkən rayonlar üzrə çarpayıların və çarpayı günlərinin nəzərə alınmaması nəticəsində bir çarpayı gününə düşən dərman xərci də müxtəlif olub. Belə ki, 2013-cü ildə bu göstərici Ağcabədi rayonu üzrə rayonu üzrə 1,87 manat, Goranboy rayonu üzrə 0,87 manat, Sabirabad rayonu üzrə 2,30 manat, Kürdəmir rayonu üzrə 0,6 manat, Ağsu rayonu üzrə 0,32 manat, Neftçala rayonu üzrə 1,01 manat, Masallı rayonu üzrə 1,32 manat, Xaçmaz rayonu üzrə 0,52 manat, Şəki şəhəri üzrə 0,45 manat, Şəmkir rayonu üzrə 6,97 manat, Tərtər rayonu üzrə 0,90 manat olub. Təhlili aparılmış sonrakı illərdə də bir çarpayı gününə düşən dərman xərci rayonlar üzrə müxtəlif olub.

Eyni zamanda “Səhiyyə” bölməsi üzrə rayon və şəhərlər üçün nəzərdə tutulan dərman və ərzaq xərclərinin struktur bölmələri arasında bölüşdürülməsi və icrası zamanı da müvafiq uyğunsuzluqlara yol verilib, xərclərin çarpayı günlərinin sayına müvafiq olaraq mütənasib bölgüsü təmin edilməyib.

Analitik təhlilin nəticələri müvafiq tədbirlərin həyata keçirilməsi üçün Səhiyyə Nazirliyinə göndərilib. Səhiyyə Nazirliyinin cavab cavab məktubunda islahatların 49 rayon və şəhərdə başa çatdırılaraq 30 600 çarpayının ixtisar edildiyi və islahatların digər rayon və şəhərlərdə davam etdiyi, yeni ərzaq normativlərinin hazırlandığı, respublikanın səhiyyə müəssisələrinin dərman və sarğı vasitələri ilə təminatının 2015-ci ildən, ərzaq təminatının isə 2017-ci ildən mərkəzləşdirilmiş qaydada həyata keçirildiyi bildirilib. Hesabat Milli Məclisin aprelin 14-də keçirilən plenar iclasında müzakirəyə çıxarılacaq. 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL