19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
Rusiyada bu gün, aprelin 26-da "xalq istiqrazı" kimi adlandırılan əhali üçün dövlət istiqrazlarının satışına start verilib.
"Report" "Expert.ru" saytına istinadən xəbər verir ki, Maliyyə Nazirliyinin məlumatına əsasən, dövlət əhalidən bu yolla 15 mlrd. rubl (268 mln. ABŞ dolları) cəlb etməyi planlaşdırır. İstiqrazın nominal qiyməti 1 000 rubl (18 dollar) olub. İstiqrazları "VTB24" və "Sberbank" kommersiya banklarından əldə etmək mümkündür. Hər bir vətəndaş minimum 30 ədəd və ya 30 min rubl (536 dollar), maksimum 150 ədəd və ya 150 min rubl (2 680 dollar) həcmində istiqraz ala bilər.
"Maliyyə Nazirliyi "xalq istiqrazları"nın satışını həyata keçirməklə "yastıq altında qalan pullar"ı iqtisadiyyata cəlb etmək istəyir", - deyə maliyyə naziri Anton Siluanov bildirib.
"Xalq istiqrazları"nın normal istiqrazlardan mahiyyətcə fərqi olmasa da, agent-banklar tərəfindən geniş xalq kütləsinə satıla bilmək imkanı var. Bununla yanaşı, ən önəmli amil isə əhalinin broker hesabı açmadan və birja əməliyyatları etmədən istiqrazları almaq imkanı ilə bağlıdır. Qeyd edək ki, dövlət isatiqrazları dövlət zəmanəti ilə emissiya edilib. Onların təkrar bazarı yoxdur və yalnız agent-banklara geri qaytarıla bilər.
Ekspertlərin fikrincə, getdikcə uçot dərəcəsinin və depozit faizlərinin düşməsini nəzərə alsaq, bu istiqrazlara hazırkı yüksək faizdən tələbatın böyük olaacağı gözlənilir.