Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Neftin qiymət azalmalarında əsas səbəblər nədir? - iqtisadçı Vüqar Bayramov açıqlayır

Tarix:5-05-2017, 12:06 Baxış Sayı:184

Neftin qiymət azalmalarında əsas səbəblər nədir? - iqtisadçı Vüqar Bayramov açıqlayır

“Qara qızıl”ın qiyməti yenidən düşməyə başlayıb. Bəs buna səbəb nədir?
 
Iqtisadçı ekspert Vüqar Bayramovun neftin qiymətinin ucuzlaşması ilə bağlı fikirlərini təqdim edir:
 
Qlobal neft bazarı yenidən çalxalandı. Bu il ilk dəfə olaraq Brent markalı neftin bir barelinin qiyməti 50 dollardan aşağı düşdü. Əslində, son 2 ayda dünya neft bazarındakı balans “qara qızıl”ın qiymətinin azalacağına işarə verirdi. OPEC-in hasilatın azaldılması ilə bağlı razılaşmasından sonra artıq bazara təsir imkanları məhdudlaşmaqdadır.
 
Qiymət azalmalarında əsas səbəblər nədir? Əvvəlla, hasilatın azaldılması OPEC və eləcə də təşkilata üzv olmayan bir neçə dövlətin, xüsusən də Rusiyanın bazar payını azaltsa da, anlaşmaya qoşulmayan ölkələr hasilatı artırmaqdadırlar. ABŞ qlobal neft hasilatında mövqeyini gücləndirməkdədir.
 
İkincisi, şist neftinin maya dəyəri aşağı düşdükcə OPEC-in bazara təsir imkanları azalır. Bir neçə il öncə hər barelınin maya dəyəri 65 dollara başa gələn şist neftinin xərci artıq 35 dollara yaxınlaşır. Bu isə o deməkdir ki, şist neft bazarda “əsas rəqib” statusunu gücləndirməkdədir.
 
Üçüncüsü, Səudiyyə Ərəbistanının bazarda kiçilən mövqeyini İran və İraq tutmaqdadır. Gündəlik hasilatını 486 min barel azaldaraq 10.4 milyon barelə salan Səudiyyə gündəlik 4.351 milyon barel istehsalı olan İraq və gündəlik hasilatı 3.797 milyon barelə çatdıran İranın bazar payının artmasında maraqlı görsənmir.
 
Dördüncüsü, gündəlik 2.2 milyon ton barel hasilatı olan Nigeriya istehsalı 1 il sonra 2.5 milyon barelə çatdırmaq niyyətindədir. Liviya gündəlik hasilatı 700 min barelə çatdırıb və il ərzində əlavə yarım milyon barel gündəlik hasilat da hədəfləyir. Bunlar isə neft bazarına həm iqtisadi, həm də psixoloji təsir göstərməkdədir.
 
Beşincisi, “Saudi Armako” şirkəti 2018-ci ildə Muajjiz yatağından neft hasilatını artırmağı planlaşdırır ki, bu da sözügedən ölkənin gündəlik hasilatını 15 milyon barelədək yüksəldə bilər. Nəhayət, OPEC hasilatın azaldılması ilə bağlı anlaşdırmanı uzatsa da bunun uzun ömürlü olacağı gözlənilmir. Artıq ölkələr bazar payını  itirməkdən ehtiyatlanırlar. Bir haşiyə çıxım ki, ötən ilin aprel ayında Vyanada OPEC-nin baş katibi ilə görüşəndə o bildirdi ki, təşkilat qiymətin yaxın illərdə hər barel üçün 55-60 dollardan çox olacağını gözləmir. Onun fikirincə, yüksək qiymət daha çox şist neft hasilatı və potensial kəskin qiymət azalmaları deməkdir.
 
Hansı halda neft bazarında vəziyyət stabilləşə bilər? OPEC hasilatın azaldılmaslı ilə bağlı anlaşmanın ən azı birinci mərhələdə nəzərdə tutulan müddət qədər uzadarsa o halda qiymət stabilliyi müşahidə edilə bilər. Amma uzun müddətli qiymət stabilliyinə nail olmaq çox çətin görsənir.
 
Neft ölkələri, eləcə də Azərbaycan üçün bu xammalın dünya bazar qiyməti olduqca vacibdir. Doğrudur, son 3 ildə Azərbaycan iqtisadiyyatı neftin mövcud qiymətlərinə transformasiya olunub. Əslində, neftin bir barelinin 50 dollar ollması da ölkəmiz üçün uyğundur.
 
Amma ən vacibi təbii ki, qiymət stabilliyidir. Qırmızı xətt isə neftin qiymətinin 40 dollardan aşağı düşməsi ola bilər. Azərbaycanın gündəlik neft ixracatı 596 min bareldir. Neftin dünya bazarındakı hazırkı qiymətini nəzərə alsaq, gündəlik neft ixracatından Azərbaycana daxil olan vəsaitin həcmi kiçik kənarlaşmalar ilə istehsal və daşınma xərcləri də daxil olmaqla 29,0 milyon dollardır. Bu vəsaitin orta hesabla 75 faizi Azərbaycan dövlətinə çatır. Deməli, neftin qiymətindəki hər 2 dollarlıq azalma gündəlik 1 milyon dollardan artıq fərq deməkdir.
скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL