Anons

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Qlobal ixracda kənd təsərrüfatının payı – AÇIQLANDI

Tarix:10-05-2017, 11:45 Baxış Sayı:205

Qlobal ixracda kənd təsərrüfatının payı – AÇIQLANDI

“Azərbaycanda aqrar islahatların birinci mərhələsinin başlamasından ötən 20 illik dövr ərzində kənd təsərrüfatı məhsulları istehsalı sahəsi bütövlükdə 2,4 dəfə, o cümlədən bitkiçilik sahəsi 2,3 dəfə, heyvandarlıq sahəsi isə 2,5 dəfə böyüyüb”.Bu barədə kənd təsərrüfatı naziri Heydər Əsədovun “Respublika” qəzetində dərc olunan məqaləsində deyilir.

Nazirin sözlərinə görə, 1996-2016-cı illər ərzində taxıl istehsalı 1 mln. 18 min tondan 3 mln. 65 min tona (3 dəfə artım), kartof istehsalı 214,6 min tondan 902,4 min tona (4,2 dəfə artım), tərəvəz istehsalı 570 min tondan 1 mln. 269 min tona (2,2 dəfə artım), bostan məhsulları 52 min tondan 464,5 min tona (9 dəfə artım), ət istehsalı 115,7 min tondan 303,8 min tona (2,6 dəfə artım), süd istehsalı 843,3 min tondan 2 mln. 9 min tona (2,4 dəfə artım), yumurta istehsalı 477 mln. ədəddən 1,6 mlrd. ədədə (3,4 dəfə artım) çatıb.

“Aqrar sahədə istehsal potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər hesabına ölkənin ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi də əsaslı şəkildə yüksəlib. Əgər Azərbaycan dövlət üstəqilliyini əldə etdiyi vaxt ət və süd məhsulları ilə ölkənin özünütəminat səviyyəsi təqribən 30-35% təşkil edirdisə, hazırda ölkənin bu məhsullar üzrə özünütəminat səviyyəsi müvafiq olaraq 94 və 88%-ə qədər artıb. Həmin dövrdə ölkənin kartofa olan tələbatının ödənilməsində idxal böyük paya malik idisə, hazırda özümüzü təminetmə səviyyəsi 86%-dir, üstəlik hazırda hər il təqribən 40 min tondan çox təzə kartof ixrac edirik. Bütün növ tərəvəz ilə özünütəminetmə səviyyəsi 96%, meyvə və giləmeyvə ilə üzrə isə 122% təşkil edir. Yerli istehsal potensialının güclənməsi hesabına ölkəmizin ixrac bazarlarında iştirakı səviyyəsi də əsaslı şəkildə yüksəlib. Belə ki, 2001-2015-ci illər ərzində kənd təsərrüfatı və ərzaq məhsulları ixracının həcmi 11,1 dəfə, o cümlədən ilkin kənd təsərrüfatı məhsullarının ixracı 8,5 dəfə, emal olunmuş kənd təsərrüfatı məhsullarının ixracı isə 14,7 dəfə artıb. Malların ticarəti üzrə beynəlxalq hesabatlara əsasən 2001-2015-ci illər ərzində kənd təsərrüfatı və ərzaq məhsulları üzrə qlobal ixracda Azərbaycanın payı 0,014%-dən 0,054%-ə yüksəlib”, – deyə H.Əsədov bildirib.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL