29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
Qubad İbadoğlu
Nyu-York məhkəməsinin ABB ilə bağlı qərarı valyuta bazarına təzyiqi artıra, manatı zəiflədə bilər.
Nyu-York məhkəməsi “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin müraciətini təmin edərək bu maliyyə qurumunun aktivlərinin ABŞ-dakı xarici kreditorların iddia tələblərindən qorunması barədə qərar qəbul edib. Burda başlıca məqsəd ABB-nin ABŞ-dakı xarici öhdəliklərinin restrukturizasiya prosesinin tanınmasına və kreditorlar tərəfindən iddia tələblərinin qarşısının alınmasına nail olmaqdır. Məlum qərardan sonra ABB-nin xarici kreditorlar öhdəliklərinin könüllü restrukturizasiyası prosesində bankın aktivləri ilə bağlı tələblərini irəli sürə bilməyəcəklər. Bundan sonra da davam edəcək restrukturizasiya planı üzrə ABB-nin bir sıra xarici maliyə institutlarından xarici valyutada cəlb etdiyi borclar dövlətin öhdəliklərinə daxil ediləcək.
Məlumat üçün qeyd edim ki, indiyə qədər Azərbaycan dövləti ABB-nin 9,93 milyard manat dəyərində toksik aktivlərini alıb, bankda 1,3 milyard dollarlıq və 70 milyon manatlıq depozit yerləşdirib, nizamnamə fondunun artırılması üçün banka 600 milyon manat vəsait ayırıb. Hələ bundan sonra da dövlət ABB-nin 3,3 milyard dollarlıq xarici borc öhdəliklərini üzərinə götürəcək. Fikrimcə, ABB-nin xarici borc öhdəliklərinin dövlətin üzərinə götüməsi aşağıdakı fəsadlar yaradacaq.
Birincisi, bu fakt ümumilikdə milli iqtisadiyyatın durumuna pis təsir göstərək.
İkincisi, bu qərar valyuta bazarına təzyiqi artıracaq və manatın məzənnəsinin zəifləməsi üçün ciddi əsaslar yaradacaq.
Üçüncüsü, baş verənlər Azərbaycana investisiya qoyuluşunun və kredit əldə edilməsinin riskini yüksəldəcək, xüsusən də özəl mülkiyyətdə olan bank, sığorta və digər maliyyə institutlarının xaricdən valyuta ilə ucuz və uzunmüddətli sərmayə cəlb olunmasını çətinləşdirəcək.
Dördüncüsü, bir qrup tərəfindən mənimsənilmiş vəsaitə görə yaranmış borcun vergi ödəyiciləri və ya neft gəlirləri hesabına ödənilməsi dövlət maliyyəsinin səmərəsizliyini artıracaq.
Nəhayət, gedən proseslər indiki şərtlərlə özəlləşdirməyə hazırlanan ABB-nın gələcək sahiblərini indidən məlum edir və bank bazarında inhisarçılığı daha da gücləndirəcək.
Yazı müəllifin Facebook səhifəsindən götürülüb.