Anons

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Bir ailənin normal yaşaması üçün ayda 1500-2000 manat lazımdır

Tarix:26-05-2017, 11:58 Baxış Sayı:232

Bir ailənin normal yaşaması üçün ayda 1500-2000 manat lazımdır

Ekspert: “Rəsmi hesablamalarda 2 ilə bir ayaqqabı, 7 ilə bir palto düşür”


Bir ailənin normal yaşaması, istirahət etməsi üçün ona müəyyən məbləğdə pul lazım olur. Təbii, normalda bu xərclər maaş, təqaüd hesabına ödənilir. Məhz orta aylıq əmək haqqı və təqaüdlər də əhalinin aylıq normal yaşaması üçün lazım olan məbləğə uyğun təyin edilir. Buna görədir ki, demək olar ki, bütün dünyada bir ailənin aylıq normal yaşayışını təmin etmək üçün nə qədər vəsait lazım olduğu rəsmi olaraq hesablanır. Məsələn, qonşu Türkiyə Araşdırma Mərkəzinin araşdırmasına görə, çalışan tək adamın yoxsulluq həddi 2 min 231 lirə 13 qəpik olaraq hesablanıb. 4 nəfərlik bir ailənin minimum dolanışıq həddi isə 4 min 546 lirə 26 qəpik olaraq təyin olunub.


Azərbaycanda isə bu hesablamalar tam dəqiqliyi ilə aparılmır. Ümumiyyətlə, sosioloqlara görə, bir insanın xoşbəxt və qayğısız yaşaması üçün ildə 75 min dollar qazanması lazımdır. Bu isə ayda 6250 dollar edir ki, o da Azərbaycan reallığında mümkünsüzdür.


Maraqlıdır, ölkəmizdə bir ailənin normal yaşaması üçün aylıq nə qədər pul lazımdır?


İqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, Azərbaycanda orta aylıq əmək haqqı ilə bir ailənin necə dolandığını tapan iqtisadçı yəqin ki, Nobelə namizəd olar: “Əgər rəsmi gəlirləri hesablasaq, Azərbaycan ailələrinin bu gəlirlərlə dolanması ehtimalı çox aşağıdır. Azərbaycanda belə hesablamalar təəssüf ki, aparılmır. Amma qonşu ölkələrdə belə hesablamalar var. Məsələn, Türkiyədə 4 nəfərlik bir ailənin aylıq yaşayış minimumunu hesablayıblar və bu, təqribən 4 min lirəyə yaxındır. Azərbaycan manatına çevirdikdə isə bu təqribən 2 min manata yaxın edir. Yəni 4 nəfərlik bir ailənin kommunal, məktəb, ərzaq, geyim, əyləncə xərcləri minimum səviyyədə pul xərcləmələrinin hamısını hesablasaq, təqribən bu qədər vəsait tələb olunur.


Bizim ərzaq rasionumuz çox aşağı hesablanır, geyimdə, ümumiyyətlə, hesablama aydın deyil. Rəsmi hesablamalarda 2 ilə bir ayaqqabı, 7 ilə bir palto hesablanır. Bu da sovetdən qalma bir yanaşmadır. Sovetdən sonra minimum tələblər dəyişməyib, amma dünya çox dəyişib. Dünyada olan proseslərlə və indikatorlarla Azərbaycanda hesablamalar aparılsa, 4 nəfərdən ibarət bir ailənin minimum bütün ehtiyaclarını ödəmək üçün təqribən 1500-2000 manat arasında bir vəsaitə ehtiyac yaranır. Başqa standartlar da var. Ailə heç olmasa, ayda 1-2 dəfə teatra, kinoya getməli, kitab almalı, internetdən istifadə etməlidir. Amma Azərbaycanda çox təəssüf ki, bunlar, ümumiyyətlə, nəzərə alınmır. Minimum rasion və minimum geyimlə hesablanır ki, bu da doğru yanaşma deyil. Ona görə də, dediyim kimi, Türkiyə örnəyini misal götürsək təqribən 1500-2000 manat civarında bir vəsaitə ehtiyac var ki, 4 nəfərlik bir ailə öz ehtiyaclarını tam şəkildə ödəyə bilsin".


İqtisadçı ekspert ölkədə orta aylıq əmək haqqının hesablanması qaydasının da səhv olduğunu dedi: “Ölkədə orta aylıq əmək haqqı təqribən 580 manat hesablanıb. Bu hesablamalar da, açığı, şübhə doğurur. Çünki hesablama qaydası Azərbaycanda səhvdir. Əslində isə Azərbaycanda ən çox işlək olan sahələri götürsək, məsələn, təhsil sahəsini, bu sahədə təqribən 300 mindən çox insan çalışır. Onların ortalama əmək haqqı 200 manat civarındadır. Bu hesablamalarda da ciddi problemlər var. Ona görə də bir daha təkrar edim ki, Azərbaycanda bu rəsmi gəlirlərlə əhalinin necə dolandığını tapan iqtisadçı çox güman ki, Nobelə namizəd olacaq”.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL